18-19 yanvar 2023-cü il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2023: Yeni böhranlarla əlaqədar kimlik, mədəni irs, davamlı inkişaf və turizm çağırışları” XI beynəlxalq elmi-praktiki konfrans baş tutub.
Azərbaycan alimləri Frankfurt-Mayn şəhərində YOCOCU – 2022 Beynəlxalq konfransında məruzə ediblər
7-10 dekabr 2022-ci il tarixində Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “YOCOCU - 2022: Mədəni İrsin Konservasiyasında Gənclər" VIII beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Miras İctimai Birliyinin Şuşa kitabları təqdim olunub
Dekabrın 4-də Kitabevim.az kitab evində "Miras" Mədəni irsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrləri olan "Şuşa: Tarixi-mədəni irsin tədqiqi" və "Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumunun materialları" kitablarının təqdimatı keçirilib.
Şuşa şəhərində Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumu keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumu keçirilib.