Qərənfilə şəhid qanı dediyimizdən az qala qərinəyə yaxın bir zaman müddəti keçməkdədir. Hərdən adama elə gəlir ki, təbiət bu gülü al-qan rəngində yaratmaqda səhv etməyib. Demək, nə vaxtsa qərənfil azadlıq rəmzinə, alp ərənlərimizin qeyrət, dəyanət simvoluna çevriləcəkmiş. Bu da bir taledir; təbiətin zərif, incə bir çiçəyinin zülmlə, zorakılıq və qəsbkarlıqla qarşılaşan taleyi... |