06 yanvar 2024-cü ildə "Ilm-Learn" Beynəlxalq Təhsil Mərkəzində (BTM) elmi konfrans keçirilib. APA xəbər verir ki, konfransı giriş sözü ilə Mərkəzin direktor müavini Ruhiyyə Əliyeva açaraq Azərbaycanda elmin inkişafı üçün atılmış addımlardan danışıb. Bildirib ki, əsrlər boyu Azərbaycan alimləri elmin müxtəlif sahələrində etdikləri kəşflərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə töhfələr veriblər. |