AZE ENG
Facebook
Twitter Google Myspace
Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi
12-7-2016

Miras İctimai Birliyi, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, Epikür Bağı restoranının təşkilatı dəstəyi ilə 16-17 iyul 2016-ci il tarixlərində Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi keçiriləcək.
Sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və Gəncənin dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunacaq. Ekspozisiyaya MDSİA-nin müəllimi Butina Anna Albertovna, MDSİA-nın tələbələri Kulikova Anna, Melniçuk Mariya, Tarasova Ekaterina, Smirnova Mariya və s., Gəncə rəssamlarından isə Şəhla Nəzərova, Sona Məhərrəmova və s. ümüumilkdə 30 əsəri nümayiş etdiriləcək.
Sərginin açılışı 16 iyul 2016-cı il tarixdə saat 19.00-da Epikur bağında keçiriləcək. Sərgiyə giriş sərbəstdir.
“Episkeptis” dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis yunan dilindən tərcümədə --qonaq, kimisə dostcasına ziyarət edən şəxsdir. Sərgiyə bu adın verilməsi və məhz Epikur bağında keçirilməsi təsadüfi deyildir. Belə ki, yunan filosofu Epikürun və onun davamçılarının etiketinə əsasən, onların məkanına və geniş anlamda Azərbaycana, Gəncəyə gələn hər kəs qonaqdır: “Qonaq, sən burada zövq alacaqsan; burada məmnuniyyət-ən ali mənəvi sabitlik vəziyyətidir”.
Sərginin kuratoru Məhbarə Abbasovadır.
Layihənin məqsədi bölgədə olan mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında beynəlxalq müstəvidə şəbəkələşməni ilkin olaraq qurmaq və gələcək inkişafına zəmin yaratmaq, Gəncədə müxtəlif istiqamətlərdə işləyən tətbiqi-sənət rəssamlarını Rusiyadan olan rəssamlarla bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Sərgidə ümumilikdə 15 rəssamın iştirakı nəzərdə tutulur.
1) Butina Anna Albertovna (Stroqanov Universitetinin müəllimi)
2) Kulikova Anna
3) Melniçuk Mariya
4) Tarasova Ekaterina
5) Smirnova Mariya
6) Şalimova Asya
7) Kobilçenko Anastasia
8) Strelkova Aleksandra
9) Drojdin Aleksey
10) Məhər Məhərrəmov
11) Sona Məhərrəmova
12) Şəhla Nəzərova
 

Oxunub : 790