AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın "Dünəndən Bugünə" yaradıcılıq sərgisi
21-5-2016

Mayın 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ADMİU Sənətşünaslıq ixtisası 2-ci kurs tələbəsi, Miras üzvü Şəbnur Pənahlının təşkilatçılığı ilə "Dünəndən Bugünə" yaradıcılıq sərgisi keçirilib.

Sərgidə beş yaşından altmış yaşına qədər rəssamların rəngkarlıq, qrafika, fotoqrafiya, xəttatlıq, tikmə, xalça, geyim, kukla, heykəl, şəbəkə, əl işi olan kitablar, yağlı boya, akvarel, qara qələm və s. texnikalı əsərləri nümayiş olunub. Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, dosent Elşən Hacızadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Alman-Azərbaycan Cəmiyyətinin sədri, kulturologiya elmləri doktoru Çingiz Abdullayev və Şəbnur Pənahlı çıxış edərək, sərgi haqqında fikirlərini bölüşüb, sərginin işinə uğurlar arzu ediblər.

Tədbirdə rəssamlar, sənətkarlar, heykəltəraşlar, tələbələr, MIRAS üzvləri, və media nümayəndələri iştirak ediblər.

Sərgi 26 may tarixinədək açıq olacaq.

 

Oxunub : 1400