AZE ENG
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib
08.07.2025-ci il tarixində Layihə heyətinin onlayn iclası keçirilib. İclas Layihə çərivəsində cari ilin 16-25 iyul tarixlərində Bakı şəhəri Yasamal rayonu tarixi Zərgərpalan hamamında keçirilməsi nəzərdə tutulan təlim kurslarına həsr olunub. İclas zamanı kursun proqramı, təlim mövzuları, ekspertlər tərəfindən hazırlanmış təlim materialları, nəşr olunacaq dərs vəsaiti, təlimin davamlılığını təmin etmək üçün MOOCların (Kütləvi Açıq Onlayn Kurslar) təşkili və digər məsələlər müzakirə olunub. 
9-7-2025
Ardını oxu
“Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar keçirilib
18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın müəllim və tələbəsi, direktor müavini Orxan Vəliyev, “Miras” İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak edib.
18-6-2025
Ardını oxu
“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib
17 iyun 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin 20-yə yaxın rəhbər və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər.
17-6-2025
Ardını oxu
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib
13 iyun 2025-ci il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın şagirdi və müəllim heyəti, direktoru Pərviz Həmzəyev, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, İdarə Heyətinin üzvləri Prof. Dr. Qafar Cəbiyev və Məleykə Hüseynova iştirak ediblər.
13-6-2025
Ardını oxu
“Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar keçirilib
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
12-6-2025
Ardını oxu
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına start verilib
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi orta qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına başlayıb.
13-5-2025
Ardını oxu
Şimali Kiprdə Türk mədəniyyəti və irsi üzrə beynəlxalq simpozium keçirilib
28-29 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib. Simpozium Azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.
1-5-2025
Ardını oxu
2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib
2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
4-4-2025
Ardını oxu
“Mədəni irsini qoru” layihəsi Zərgərpalan hamamında
Yanvarın 31-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində “Zərgərpalan” hamam kompleksinə infotur keçirilib.
4-2-2025
Ardını oxu
XIII Ohrid Vodiçi konfransı Prof.Dr. Qafar Cəbiyevə həsr olunub
 17-19 yanvar 2025-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2025: Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktiki konfrans baş tutub. 
27-1-2025
Ardını oxu
Zərgərpalan Hamamında PİCASP layihəsi yekun təqdimatı
2024-cü ilin 19-21 dekabr tarixlərində Bakı şəhərində PİCASP layihəsinin final öncəsi son görüşü keçirilmişdir. Görüş çərçivəsində İtaliya, Litva və Qazaxıstanın müxətlif universitetlərindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər etmişdir.
25-12-2024
Ardını oxu
Məktəblilər üçün Zərgərpalan hamamında konservasiya təlimi
PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 14 dekabr 2024-cü il tarixində Birliyin sədri fəlsəfə elmləri doktoru Fariz Xəlillinin rəhbərliyi ilə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagird, müəllim və valideynlərindən ibarət 25 nəfərlik heyət üçün Bakı şəhərində yerləşən Zərgərpalan hamamında aparılan tədqiqat sahəsində arxeoloji ekspedisiya təşkil edilmişdir. 
16-12-2024
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>