AZE ENG
"Ilm-Learn" Beynəlxalq Təhsil Mərkəzində (BTM) elmi konfrans
06 yanvar 2024-cü ildə "Ilm-Learn" Beynəlxalq Təhsil Mərkəzində (BTM) elmi konfrans keçirilib. APA xəbər verir ki, konfransı giriş sözü ilə Mərkəzin direktor müavini Ruhiyyə Əliyeva açaraq Azərbaycanda elmin inkişafı üçün atılmış addımlardan danışıb. Bildirib ki, əsrlər boyu Azərbaycan alimləri elmin müxtəlif sahələrində etdikləri kəşflərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə töhfələr veriblər.
8-1-2024
Ardını oxu
Gimnaziyanın məktəbliləri PICASP layihəsinə qoşulublar
04 noyabr 2023-cü il tarixində PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 6A sinif şagirdləri, “Tarix Kubu”nun üzvləri, müəllim və valideyn heyəti (Gülnarə İsgəndərova, Yasin Cəbizadə, Həsən Osmanov, Səidə Əliyeva, Məleykə Hüseynova) üçün “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğuna məktəbli arxeoloji ekspedisiyası təşkil edilmişdir. 
7-11-2023
Ardını oxu
Belçika və Azərbaycandan olan tələbələr üçün təlimlərə başlanıb
Aktiv Türk Dərnəkləri Birliyinin üzvləri olan 30 nəfər belçikalı tələbə və gənclər, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universitetinin 30 nəfər azərbaycanlı tələbələri (cəmi 60 nəfər) üçün təlimlər və ölkəmizlə tanışlıq turlarına start verilib. 
30-10-2023
Ardını oxu
Elyazma.az beynəlxalq konqresdə təqdim olunub
24-25 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Aydın şəhərində Adnan Menderes Universitetinin və Buxarkənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə Şimali Makedoniyalı antropoloq professor Rubin Zemona həsr olunan III Beynəlxaq Balkan, Anadolu, Qafqaz və Türküstan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folklor Konqresi keçirilib. 
26-10-2023
Ardını oxu
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin layihəsi yekunlaşıb
“Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan Xovsuz Xalçası" innovativ maarifləndirici veb-tətbiqin yaradılması layihəsinin icra müddəti başa çatıb.
25-10-2023
Ardını oxu
Elyazma.az beynəlxalq konfransda təqdim olunub
AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlilli "Dünya Yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili və kataloqların hazırlanması" mövzusunda məruzə ediblər. 
25-10-2023
Ardını oxu
Bəyanat
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
14-10-2023
Ardını oxu
Vilnüsdə PICASP layihəsi ilə bağlı görüş
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri PİCASP layihəsi çərçivəsində Litva Respublikasının Vilnüs şəhərində görüşlərə qatılıb
 
2-10-2023
Ardını oxu
Ağsu Qoruğunda arxeoloji düşərgə təşkil olunub.
 9 avqust tarixində AMEA Arxeologiya və  Antropologiya  İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə İsmayıllıdan olan məktəblilər, tarix üzrə olimpiadalarda yüksək nəticə göstərmiş şagirdlər, İsmayıllı rayonu I və II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladları üçün Ağsu qoruğunda arxeoloji düşərgə təşkil olunub.
 
12-8-2023
Ardını oxu
"Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi həyata keçirilir
 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin qalib layihələrindən biri "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsinin həyata keçirilməsinə 2023-cü ilin iyul ayının 1-dən başlanılıb.
20-7-2023
Ardını oxu
“Mədəni irs sahəsində öz biznesinə başla” təlimi
 30-31 may 2023-cü ildə Xəzər Universitetində PİCASP layihəsi üzrə MİRAS İctimai Birliyinin cari il üçünTədbirlər Planına əsasən “Mədəni irs sahəsində öz biznesinə başla” adlı təlim keçirilib.
1-6-2023
Ardını oxu
"Şirvanda şıxlar" Miras sufi turu baş tutub
  "Miras" Mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi "Mirasla Azərbaycanı gəz" mədəni irs turları silsiləsindən turlarını davam etdirir.
29-5-2023
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>