AZE ENG
MİRAS arxeoloji materiallar əsasında Azərbaycan milli geyimlərini bərpa etmək niyyətindədir
Tarixi, mədəni, memarlıq, ədəbi irsimizin öyrənilməsi sahəsində fəaliyyət göstərən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctmai Birliyi hazırda Azərbaycanda milli geyimlərin öyrənilməsinə “Şirvan milli geyimlərinin rekonstruksiyası” layihəsi ilə start verib.
20-9-2014
Ardını oxu
Təmiz kənd layihəsinə yekun vuruldu
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2014-cü il mart-avqust aylarında “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirmişdir.
5-9-2014
Ardını oxu
"TƏMİZ KƏND" I MİNİ FUTBOL TURNİRİNİN QALİBİ ÇİYNİ KOMANDASI OLDU
Avqust ayının 23-də Ağsu rayonu Çiyni kənd stadionunda "Təmiz Kənd" I Mini Futbol turniri keçirilib. Turnirin açılış hissəsində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək "Təmiz Kənd" layihəsi çərçivəsində monitorinq, təlim, futbol turniri, kəndlərdə iməclik və kitab nəşri planlaşdırdıqlarını və layihənin uğurla nəzərdə tutulan mərhələnin sonuna yaxınlaşdığını qeyd edib.
25-8-2014
Ardını oxu
"TƏMİZ KƏND" I MİNİ FUTBOL TURNİRİ KEÇİRİLƏCƏK
Avqust ayının 23-də Ağsu rayonu Çiyni kənd stadionunda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihəsi çərçivəsində "Təmiz Kənd" I Mini Futbol turniri baş tutacaq.
19-8-2014
Ardını oxu
YOCOCU Azərbaycan
YOCOCU 2014 iki mədəniyyət, Avropa və Qafqaz regionunun mədəniyyətləri arasında körpü rolunu oynayır və dünyaya belə bir mesajla səslənir: “Mədəni irs bizim ümumi vasitəmizdir və hər birimizə məxsusdur!”
18-8-2014
Ardını oxu
Ağsu üçün yeni xəbər saytı hazırlanır
Bölgələrimizdə online medianın inkişafı üçün son zamanlar çoxsaylı işlər görülüb və görülməkdədir. Bu məqsədlə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsuda gördüyü işlərin xəbər formatında yayılması, eləcə də Ağsunun inkişaf və qayğılarının xəbərləşdirilməsi üçün yeni layihəyə start verir.
22-7-2014
Ardını oxu
MİRAS “TƏMİZ KƏND”İN YENİ MƏRHƏLƏSİNDƏ
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2014-cü ilin mart ayından “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirilir.
21-7-2014
Ardını oxu
TƏLƏBƏ VƏ GƏNC MÜTƏXƏSSİSLƏR ÜÇÜN I YOCOCU AĞSU MƏKTƏBİ
Ağsu, 06-12 oktyabr 2014
Arxeoloji Sahələrin Konservasiyası, Bərpası və İdarə Olunması
Kursun Təsviri və Metodikası. Kurs əməkdaşlıq və çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulmuşdur.
16-7-2014
Ardını oxu
Keçmişdən gələcəyə körpü Ağsuda Ümumdünya Arxeologiya Günü Qeyd Olundu
11 iyul tarixində MİRAS İctimai Birliyinin təşəbbüsü ilə Orta Əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Ümumdünya Arxeologiya Günü” münasibəti ilə seminar keçirilmişdir. Seminarda ilk öncə “Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksinin 3 D təqdimatı” olmuşdur.
12-7-2014
Ardını oxu
Şəhidlər Muzeyində “Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz" adlı görüş
MİRAS Mədəni İrsin Öyrənilmsinə Kömək İctimai Birliyi 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə 27 iyun 2014-cü il tarixində “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma" İctimai Birliyi tərəfindən yaradılmış Şəhidlər Muzeyində “Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz" adlı görüş keçirib.
28-6-2014
Ardını oxu
"Arxeoloji turizmin inkişafı üçün infrastruktur yaradılmalıdır" - MÜSAHİBƏ
 İyulun 11-i Ümümdünya Arxeologiya Günüdür. Arxeoloji yerlərə səyahət etməyi sevənlərin olduğunu nəzərə alaraq Ailem.az Azərbaycanda arxeoloji turları təşkil edən “Heritage Travel” turizm şirkətinin direktoru Fariz Xəlilli ilə söhbətləşdi
24-6-2014
Ardını oxu
Milli Qəhrəmanlarımız – qürur mənbələrimiz” - Milli Qəhrəmanlarımızı tanıyaq Şəhidlər Muzeyində görüş
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə 27 iyun 2014-cü il tarixində saat 12.00-də “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi tərəfindən yaradılmış Şəhidlər Muzeyində Milli Qəhrəmanlarımız və Qarabağ Qaziləri ilə “Milli Qəhrəmanlarımız – qürur mənbələrimiz” adlı görüş keçirəcək.
20-6-2014
Ardını oxu
<< 21 22 23 24 25 26 27 28 29 30 >>