AZE ENG
MİRAS mədəniyyət sənayesinin inkişafında maraqlıdır
Türkiyə Cümhuriyyətinin REF-SAN İzolasyon Sənaye və Ticarət Ltd. Şirkətinin müdiri Gökhan Karaaslan və yardımçısı Uğur Polatla Ağsuda görüş keçirilmişdir. Qonaqlar əvvəlcə Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində nümayiş etdirilən saxsı, farfor, fayans və şüşə məmulatı ilə tanış olmuş, qazıntı sahələrindəki dulusçuluq sobaları və iri təndirlərə baxış keçirmişlər. 
13-2-2014
Ardını oxu
Milli Azərbaycan tarixinin təəssübkeşi Yaqub Mahmudov – 75
Tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun 75 yaşı tamam olur. O, 1939-cu ildə anadan olmuş, 1956-cı ildə orta məktəbi bitirmişdir. 
8-2-2014
Ardını oxu
MİRAS Makedoniyada Orta əsr Ağsu şəhərinin 3D təqdimatını etdi
Konfransa Makedoniya ilə yanaşı, Azərbaycan, İtaliya, Belçika, Albaniya, Türkiyə, Belarus, Rumıniya və Fransadan olan alimlər də qatılıblar. Azərbaycanı MİRAS İctimai Birliyinin üzvləri (Dr. Fariz Xəlilli, Teymur Nəcəfzadə, Şölə Bayramova və İradə Qədirova) öz maraqlı təqdimatları ilə təmsil ediblər. 
22-1-2014
Ardını oxu
"Azərbaycanın arxeoloji inciləri" sərgisi Makedoniyada
2014-cü il yanvar ayının 17-də Makedoniyanın Ohrid şəhərindəki “Robevçilərin Ev Muzeyi"ndə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji inciləri” adlı fotosərginin açılış mərasimi olub. 
17-1-2014
Ardını oxu
"MİRAS"Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasının 4 illiyi qeyd olundu
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 12 yanvar 2014-cü il tarixində “Çanaqqala” restoranının “Muğam ocağı” zalında yaranmasının 4 illiyinə həsr edilmiş tədbir keçirdi. 
 
12-1-2014
Ardını oxu
VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu/Sənət Fəaliyyətləri
VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu/ Sənət Fəaliyyətləri 2014-cü ildə Türkiyənin Konya şəhərində Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi...
24-12-2013
Ardını oxu
MİRAS-ın yeni İdarə Heyəti
2013-cü il dekabrın 1-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi növbəti Ümumi Yığıncağını keçirdi. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir.
2-12-2013
Ardını oxu
MİRAS Antik Foto Bərpa Təlimindən Faydalanır
2013-cü ilin 19-21 noyabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində Qahirə Universitetinin Arxeologiya Fakültəsinin Konservasiya Şöbəsi və İtaliyanın Katania Universitetinin Kimya Elmləri Şöbəsinin işçi-elmi heyətinin birgə əməkdaşlığı əsasında “antik fotoların konservasiya-bərpası” üzrə seminar və təlim keçirilmişdir.
 
21-11-2013
Ardını oxu
MİRAS növbəti beynəlxalq konfransda
06-10 noyabrda Rumıniyanın mədəniyyət paytaxtı kimi tanınan, ölkənin tarixinin simvolu hesab olunan İaşi şəhərində “Arxeoloji irsin mühafizəsində cari meyllər” mövzusunda beynlxalq konfrans keçirilib.
 
 
10-11-2013
Ardını oxu
Orta əsr Ağsu şəhəri və Mehravan qalası ətrafında şumlanmış sahələrə baxış keçirilmişdir
Noyabrın 1-3-də Orta əsr Ağsu şəhəri və Mehravan qalası ətrafında şumlanmış sahələrə baxış keçirmək məqsədilə MİRAS İctimai Birliyi 3 günlük mədəni irs düşərgəsi təşkil etmişdir. Arxeoloqların iştirakı ilə şumlanmış sahələr gəzilərək müşahidələr aparılmışdır.
 
3-11-2013
Ardını oxu
Şirvan xəzinəsinə aparan yollar Ağsudan keçir
Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülmüşdür. Sikkələrin ümumi sayı 37 (otuz yeddi) ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir. 
22-10-2013
Ardını oxu
MİRAS məktəbliləri tarix yazmağa çağırır
2013-cü il oktyabrın 11-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə Lənkəran Özəl Türk litseyində mədəni irs seminarı keçirilib. Seminarlar Yurtdığı Türkler ve Akraba Toplululuklar Başkanlığının dəstəklədiyi “Böyük Türk sufisi Seyid Yəhya Şirvaninin Türk Dünyası və...
14-10-2013
Ardını oxu
<< 21 22 23 24 25 26 27 28 29 30 >>