AZE ENG
ADMİU-da “Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar keçirilib
Dekabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar keçirilib. Seminarı ADMİU-nun müəllim və tələbələri dinləyiblər.  
14-12-2015
Ardını oxu
Xəzər Universitetində "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" mövzusunda seminar keçirilib
Noyabrın 28-də Xəzər Universitetində "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" mövzusunda seminar keçirilib. Seminarın təşkilatçıları Xəzər Universitetinin Tarix Departamenti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir. Seminarda Xəzər Universitetinin tələbə və müəllim heyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri qatılmışlar.  
30-11-2015
Ardını oxu
MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvləri Misir Mədəniyyət Mərkəzində görüş keçiriblər
Noyabrın 26-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvləri Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzinin qonağı olublar və "Azərbaycan-Misir əlaqələrində İslam tarixi və mədəniyyətinin yeri" mövzusunda müzakirələr keçirilib. 
27-11-2015
Ardını oxu
Britaniya təəssüratları Səfər qeydləri
Avropa arxeoloqlarının İstanbulda olmuş 20-ci illik toplantısında növbəti 21-ci toplantının 2015-ci ilin payızında Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi qərara alınmışdı. Toplantıya beş ay qalmış Təşkilat Komitəsindən mənə də dəvət gəldi. Bu, o demək idi ki, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli və YOCOCU Beynəlxalq Assosasiyasının prezidenti Andrea Macchia ilə birlikdə göndərdiyimiz məruzə toplantının proqramına daxil edilmişdir.
23-11-2015
Ardını oxu
Osman Qazi Kandemirin Qarabağ romanı - şəhid qanından və sevgidən çiçəkləyən "Qərənfil"...
Qərənfilə şəhid qanı dediyimizdən az qala qərinəyə yaxın bir zaman müddəti keçməkdədir. Hərdən adama elə gəlir ki, təbiət bu gülü al-qan rəngində yaratmaqda səhv etməyib. Demək, nə vaxtsa qərənfil azadlıq rəmzinə, alp ərənlərimizin qeyrət, dəyanət simvoluna çevriləcəkmiş. Bu da bir taledir; təbiətin zərif, incə bir çiçəyinin zülmlə, zorakılıq və qəsbkarlıqla qarşılaşan taleyi...
19-11-2015
Ardını oxu
BAKIDA OSMAN QAZİ KANDEMİRİN “QƏRƏNFİL” ROMANI TƏQDİM OLUNUB
Noyabrın 17-də Kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və imza günü keçirilib. "Qərənfil" müəllifin ilk romanı olub, Qarabağ müharibəsi illərində Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Kitab MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında çap olunub.
18-11-2015
Ardını oxu
MƏDƏNİ İRSİN İCTİMAİLƏŞMƏSİ MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Noyabrın 12-də Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya gününə həsr olunmuş “Mədəni İrsin İctimailəşməsi" mövzusunda seminar keçirilib.
13-11-2015
Ardını oxu
MİRASIN YENİ İDARƏ HEYƏTİ SEÇİLİB
Noyabrın 7-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir. 
10-11-2015
Ardını oxu
QAFQAZ ALBANİYASI TARİXİNƏ DAİR YENİ TƏDQİQAT ƏSƏRİNİN TƏQDİMATI OLUB
Noyabrın 5-də Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda yenicə çapdan çıxan "Girdiman. Tarixi və Tarixi-coğrafiyası" kitabının təqdimat mərasimi olub. Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar və sənətşünasları, gənc oxucular iştirak edib.
5-11-2015
Ardını oxu
II YOCOCU AĞSU MƏKTƏBİNİN KURSLARI YEKUNLAŞIB
Oktyabrın 19-25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbində təlim keçiblər.
27-10-2015
Ardını oxu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində mədəni irsin konservasiya və bərpası üzrə təlim keçiblər
Oktyabrın 19-22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbində təlim keçiblər. 
23-10-2015
Ardını oxu
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində II YOCOCU Ağsu Məktəbi öz işinə başlayıb
Oktyabrın 19-da Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi öz işinə başlayıb.
21-10-2015
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>