AZE ENG
Avropa İrs Mükafatı
 "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Avropa Arxeoloqları Assossiasiyasının elan etdiyi Avropa İrs Mükafatına "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin namizədliyini irəli sürüb.
2-6-2020
Ardını oxu
"Mədəni irsin öyrənilməsinə ədəbi təhlillər" mövzusunda onlayn seminar
Mayın 7-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun "Orta əsr Ağsu şəhəri" və "Gəncə" Dövlət Tarix Mədəniyyət Qoruqlarının, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Mədəni irsin öyrənilməsinə ədəbi təhlillər" mövzusunda onlayn seminar keçirilib.
8-5-2020
Ardını oxu
Albaniya tarixinə dair sanballı əsər
«Elm və Təhsil» nəşriyyatı bu yaxınlarda görkəmli arxeoloq professor Qafar Cəbiyevin «Girdiman. Tarixi və tarixi coğrafiyası» adlı fundamental tədqiqat əsərini rus dilində çapdan buraxıb. Redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri akademiyanın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasi olan kitabın nəfis şəkildə nəşrinin təşəbbüskarı və sponsoru tanınmış azərbaycanlı iş adamı Fərhad Əhmədovdur.
30-4-2020
Ardını oxu
“Əlaəddin Sabit Bosnəvinin "Ədhəm və Hüma məsnəvisi” kitabı
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şəhla Xəlillinin “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” adlı kitabı çapa təqdim olunub. Kitabda Ələddin Sabit Bosnəvinin həyat və yaradıcılığı və onun “Ədhəm və Hüma” məsnəvisindən bəhs olunur. Azərbaycanda ilk dəfə olaraq Sabitin əsərləri elmi tədqiqata cəlb edilib. “Ədhəm və Hüma” məsnəvisi altı nüsxə əsasında tekstoloji müqayisə edilərək transfoneliterasiya olunub. 
28-4-2020
Ardını oxu
"İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri" seminarı
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 1 may saat 20:00-da “İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri” mövzusunda elmi seminara qoşulmağa dəvət edir.
Meeting ID: 879-3727-3743
28-4-2020
Ardını oxu
Ramazan təbriki
Əziz Mirassevərlər! Sizi bu çətin günlərdə Ramazan ayının başlaması münasibətilə təbrik edirəm. Hədisdə deyildiyi kimi, "Oruc səbrin yarısıdır". Oruc, namaz və zəkatlarınız qəbul olsun!
24-4-2020
Ardını oxu
"Tarixdə və bu gün Ramazan" seminarı
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 25 aprel saat 15:00-da "Tarixdə və bu gün Ramazan" mövzusunda elmi seminara qoşulmağa dəvət edir. 
23-4-2020
Ardını oxu
MİRAS İctimai Birliyinin yeni İdarə Heyəti seçilib
Fevralın 16-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir. 
17-2-2020
Ardını oxu
AMEA-nın müxbir üzvü Vəli Əliyev vəfat edib
Görkəmli tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev yanvarın 8-də 84 yaşında vəfat edib.
10-1-2020
Ardını oxu
Ağsuda IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib
18-20 mart 2019-cu il tarixində Ağsu rayonunun Gəgəli kəndində IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festivalın təşkilatçıları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupudur. 
21-3-2019
Ardını oxu
Ştruqa şəhərində "Ohrid-Vodiçi-2019" konfransı keçirilib
 17-19 yanvar 2019-ci il tarixində Makedoniya Respublikasının Ştruqa şəhərində “Ohrid-Vodiçi - 2019: Kimlik, mədəni irs və turizm müasir gündəlik həyat və qlobal proseslərin əhəmiyyətli elementləri kimi” VII beynəlxalq elmi-praktiki konfrans baş tutmuşdur.
23-1-2019
Ardını oxu
2019-cu il "Tərəkəmə ili" olsun
Görülən işləri nəzərə alaraq MİRAS İctimai Birliyinin İdarə Heyəti 9 illik münasibətilə 2019-cu ili "Tərəkəmə ili" elan edir. İl ərzində qışlaqlara, yazlaqlara və yaylaqlara turların təşkil edilməsi, Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor festivalı, Tərəkəmələrin yurd görüşü, Tərəkəmə marafonu, Tərəkəmə Oyunları festivalı və s. tədbirlərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə MİRAS İctimai Birliyi maraqlı qrupları, media və özəl sektoru əməkdaşlığa dəvət edir.
7-1-2019
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>