AZE ENG
Facebook
Twitter Google Myspace
Günel Seyidəhmədli

Mən, Seyidəhmədli Günel Tofiq qızı 06. 06. 1985-ci ildə Bakı şəhərinin Suraxanı rayonunda anadan olmuşam. 2003-cü ildə Xəzər rayonun Buzovna qəsəbəsində İftixar Tağıyev adına 26 saylı orta məktəbi bitirərək, 2003-2007-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) “Sənətşünaslıq” fakültəsinin “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasında bakalavriat, 2007-2009-cu illərdə həmin ixtisasın magistratura səviyyəsində təhsil almışam. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirdikdən sonra 2011-ci ildə ADRA-nın 6203.01 “İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi” ixtisası üzrə doktorantura səviyyəsinə daxil olmuşam. 2017-ci il iyun ayının 19-da “Azərbaycan memorial heykəltəraşlığının bədii xüsusiyyətləri (Fəxri Xiyabanın abidələri əsasında) adlı dissertasiya mövzusunu müdafiə etmişəm.2018-ci ilin iyul ayında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını almışam.

2015.09-2016.07-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında müəllim vəzifəsində işləmişəm.

2016.04-2017.09-cu il tarixi ərzində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Dekorativ tətbiqi sənədlər və heraldika” şöbəsinin elmi işçisi olmuşam. Bu illər ərzində İnstitutun illik hesabatlarında, tədbir və sərgilərində fəal iştirak etmişəm.

2015–ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasında baş müəllimi, 2018-2020-ci illərdəRəssamlıq fakültəsinin dekan müavini vəzifəsini, 2020-2022-ci illər ərzində Rəssamlıq fakültəsi TEC-nin sədri və eyni ildə Rəssamlıq fakültəsinin Dövlət imtahanları üçün təsis olunmuş sənətşünaslıq (bakalavr və magistr) və dizayn (magistr) ixtisasları üzrə elmi katib vəzifəsini icra etmişəm.

2022-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlər Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Mədəni İrs şöbəsinin mədəni irs və elmi araşdırmalar üzrə mütəxəssisi vəzifəsini icra edirəm.

2015-ci ildən başlayaraqbir çox xarici beynəlxalq və respublika səviyyəli forum və konfranslarda iştirak etmişəm. 2016.01- Makedoniyanın Ohrid şəhərində təşkil olunmuş “Terrorism, migration, refugees-contemporary challenges to cultural heritage and identities economy, tourism and media, IV International Conference”, 2016.05.Türkiyənin Konya şəhərində “VI. Uluslararasıtürksanatı, tarihivəfolklorukonqresi, 2016.09.İspaniyanın Madrid şəhərində “V. İnternational Confrence Youth Conservation of Cultural Heritage, YOCOCU”, 2017.04 TürkiyəninNiğdeşəhərində“IV. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu”,2017. 10. Ankarada "100.Yılında Sovyet ihtilalı və Türk dünyası” 6.Uluslararası Türkiyat araştırmaları sempozyumu”, 2018.05 İtaliyanın Matera şəhərində “YOCOCU İnternational Conference “Dialogues in Cultural Heritage”, 2019.08.Ahlatda “II Uluslararası Türk məzar daşları”, 2020-ci ilə Maraşda, 2021-ci ildə Konyada, 2022-ci ildə Aydında, Ruminyada, 2023-cü ildə Makedoniya və Ruminya keçirilən xarici beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə iştirak etmişəm. Bütün yerli və xarici konfranslarda təqdim olunan məruzələrim sertifikatlarla təltif olunub.

Bu günə qədər 35-dən çox elmi məqaləm həm respublika, həm də xarici jurnallarda nəşr olunmuşdur.10 tədris fənn proqramının müəllifiyəm.

2014-cü ildən “Miras” ictimai birliyinin üzvüyəm. Qeyd olunan ildən etibarən Miras İB-nin təşkil etdiyi elmi tədbir, təlim və konfranslarında fəal iştirak etmişəm. 2017-ci ildən Miras İB-nin idarə heyyətinin üzvü, 2021-ci ildən isə İB-in sədr müaviniyəm.

2016-ildə TİKA tərəfindən keçirilən “Əski Osmanlı əlifbası və Ebru” təlim kurslarında iştirak etmişəm.

2017-ci ildə “Miras” İB-nin təşkil etdiyi “Türkiyənin tarixi abidələri” (Türkiyənin 9 şəhərində əyani iştirak etməklə) adlı treningində iştirak etmişəm.

2018-ci ildə ADMİU və Konfusi İnstitutu arasında bağlanan müqaviləyə əsasən Pekin, Xudjou və Şanxay şəhərlərində “Çin dili və mədəniyyəti” intensiv təlim kurslarında iştrak etmişəm.

2018-ci ildə 23 iyul-11 avqust tarixlərində Ağsu şəhərində Miras Mədəni İrsinin Öyrənilməsinə kömək İctimai Birliyinin və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Asossiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya materialları və metodlarının qurulması” mədəni irsinin kurslarında və Şeyx Dursun türbəsinin bərpasında iştirak etmişəm.

2021-ci ildən ERASMUS+ CBHE PROJECT . Pilot courses in Practice Enterprise to implement the University-Enterprise Cooperation for the development of Caspian Area, PICASP. 617540-EPP-1-2020-1-IT-EPPKA2-CBHE-JP-2021. Hal-hazırda davam edən layihənin iştirakçısıyam.

2022-ci il fevral ayındanMədəniyyət Nazirliyi yanında təsis olunan İcmai Şuranın “Mədəni irs” İşçi qrupunun rəhbəriyəm.

2022-ci il mart ayında təqdim olunan Mədəni Üfüqlər-İncəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təlim proqramı çərçivəsində “Həyat ağacı təsvir motivi” bilim oyunu+video araşdırma layihəsinin müəllifiyəm.

2022-ci ildə “Şuşa ili” layihəsi çərçivəsində Tarixi Yerlər və Abidələ IV Beynəlxalq Şuşa simpoziumu layihəsinin iştirakçısı olmuşam.

2016-cı ildən Rəssamlar İttifaqının üzvüyəm.

       2018-ci ildən İCOM-un üzvüyəm

       2023-cü ildən İCOMOS-un üzvüyəm

Ailəliyəm, iki övladım var.

Oxunub : 2820