AZE ENG
Facebook
Twitter Google Myspace
IV BEYNƏLXALQ HƏMZƏ NİGARİ AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN QURULUŞUNUN 100-CÜ İLİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ SİMPOZİUMU (TARİX-ƏDƏBİYYAT-İNCƏSƏNƏT)
8-6-2018

Amasiya Universiteti, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi), AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində keçirilən Simpoziumun bu il əsas mövzusu “Azərbaycan Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri”dir. Tarix, ədəbiyyat və incəsənət mövzularında Siz dəyərli alimlərin məruzələrini bu elm festivalında dinləmək bizi şərəfləndirəcəkdir. Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti, Azərbaycan dili, Mir Həmzə Nigarinin dil və üslubu, tarixdə Azərbaycan-Türkiyə əlaqələri, incəsənət sahəsində Azərbaycan-Türkiyə əlaqələri, Azərbaycandan Türkiyəyə köçlər və tarix, ədəbiyyat, incəsənət sahəsində təsirləri, Mir Həmzə Nigari və incəsənət, İsmayıl Şirvani və təsəvvüf, amasiyalı Azərbaycan türkləri, Azərbaycan musiqisi və türk musiqisinə təsirləri, tarix, ədəbiyyat və incəsənət sahəsində tanınmış ortaq şəxsiyyətlər mövzularında məruzələrinizlə 25-27 oktyabr 2018-ci il tarixində Amasiyada görüşməyi və Azərbaycan Cümhuriyyətinin quruluşunun 100-cü ilini birlikdə qeyd etməyi arzulayırıq.

 

Simpoziumun şərtləri:

Simpozium Amasiya Universiteti Fənn-ədəbiyyat fakultəsində keçiriləcək. Məruzələrin Azərbaycan, türk və ingilis dillərindən birində hazırlanması nəzərdə tutulur. Avqust ayının 10-na kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır.  Tezislər hamzanigari@gmail.com ünvanına göndərilməlidir. 

 

Simpozium mövzuları:

Azərbaycan tarixi

Azərbaycan ədəbiyyatı

Azərbaycan incəsənəti

Azərbaycan dili

Mir Həmzə Nigarinin dil və üslubu

Tarixdə Azərbaycan-Türkiyə əlaqələri

İncəsənət sahəsində Azərbaycan-Türkiyə əlaqələri

Azərbaycandan Türkiyəyə köçlər və tarix, ədəbiyyat, incəsənət sahəsində təsirləri

Mir Həmzə Nigari və incəsənət

İsmayıl Şirvani və təsəvvüf

Amasiyalı Azərbaycan türkləri

Azərbaycan musiqisi və türk musiqisinə təsirləri 

Tarix, ədəbiyyat və incəsənət sahəsində tanınmış ortaq şəxsiyyətlər

 

Simpoziumun yeri:

Amasiya Universiteti Fənn-ədəbiyyat fakultəsi / Amasiya

 

Simpzoium təqvimi:

Tezislərin son göndərilmə tarixi: 10 avqust 2018

Qəbul edilən tezislərin elanı: 15 sentyabr 2018

Rəsmi dəvətlərin göndərilməsi: 20 sentyabr 2018

Məruzələrin tam mətninin göndərilməsi: 10 oktyabr 2018

Simpozium proqramının elan olunması: 05 oktyabr 2018

Simpozium Günləri: 25-27 oktyabr 

 

Simpoziumun Fəxri Komitəsi:

 

Prof. Dr. Metin ORBAY

Amasiya Universitetinin rektoru

 

Prof.Dr. Cəfər  CƏFƏROV 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru 

 

Simpoziumun Elmi Komitəsi:

 

Prof. Dr. M. Fatih KÖKSAL, Türkiyə

Prof. Dr. Kamal POLAT,  Türkiyə

Prof. Dr. Mehmet EVSİLE, Türkiyə

Prof. Dr. Şuayip ÖZDƏMİR, Türkiyə

Prof.Dr. Vəli ƏLİYEV, Azərbaycan

Prof.Dr. Kübra ƏLİYEVA, Azərbaycan

Prof.Dr. Cəfər QİYASİ, Azərbaycan

Prof.Dr. Qafar CƏBİYEV, Azərbaycan

Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ, Azərbaycan

Prof.Dr. Şikar QASIMOV, Azərbaycan

Prof.Dr. Luigi SKRİNZİ, İtaliya

Prof. Dr. Jəlaləddin MİRZƏ, Özbəkistan

Prof.Dr. Rubin ZEMON, Makedoniya

Prof.Dr. Zoran MATEVSKİ, Makedoniya

Prof. Dr. Ergin JABLE, Kosovo

Dos. Dr. Mücahit QACAR, Türkiyə

Dos. Dr. İbrahim SERBESTOĞLU, Türkiyə

Dos.Dr. Nəzakət MƏMMƏDOVA, Azərbaycan

Dos. Dr. Tünzalə YUSİFOVA, Azərbaycan

Dos. Dr. Mayıl ALICANOV, Azərbaycan

Dos.Dr. Andrea MAKKİA, İtaliya

Dos.Dr. Həbibə ƏLİYEVA, Azərbaycan

Dos.Dr. Könul HACIYEVA, Azərbaycan

Dos.Dr. Gülnarə SƏFƏROVA, Azərbaycan

Dos.Dr. Kəmalə PƏNAHOVA, Azərbaycan

Dos.Dr. Məlahət BABAYEVA, Azərbaycan

Dr. Mətin HAKVERDİOĞLU, Türkiyə

Dr. Kürşat EFE, Türkiyə

Dr. Orxan Fatih KUŞDƏMİR, Türkiyə

Dr. Savaş ŞAHİN, Türkiyə

Dr. Gülsüm TARAKÇI GÜL, Türkiyə

Dr. Recep Orhan ÖZEL, Türkiyə

Dr. Abdülkadir TEKİN, Türkiyə

Dr. Sevda QASIMOVA, Azərbaycan

Dr. Fariz XƏLİLLİ, Azərbaycan

Dr. Elmira ABASOVA, Azərbaycan

Kərim MUSAZADƏ, İran

Sənəm ƏLİYEVA, Estonya

 

 

Simpozium Təşkilat Komitəsi:

 

Təşkilat Komitəsinin həmsədrləri:

Dr. Fariz XƏLİLLİ / farizkhalilli@gmail.com

Dr. Mətin HAKVERDİOĞLU/ metin.hakverdioglu@amasya.edu.tr

 

Təşkilat Komitəsinin kabtibliyi:

Mevlüt İLHAN / mevlut.ilhan@amasya.edu.tr

Ömer GÜVEN / omer.guven@amasya.edu.tr (0539 568 6507) 

 

Təşkilat Komitəsinin Üzvləri:

Prof. Dr. M.Fatih KÖKSAL

Ayşegül KUŞDƏMİR

Atilla YAPRAK

Orxan QƏMBƏROV

Gülşən HÜSEYNOVA

Şölə BAYRAMOVA

Nərgiz QARAYEVA

Aytən NAMAZOVA

Tofiqə CƏFƏRLI

Aidə MƏLIKOVA

Ruslan ADGÖZƏLOV

Ayşən ZEYNALLI

Anar HƏBIBOV

Rafael CƏLİLOV

 

İştirak xərci:

Simpozium qeydiyyat xərci – elan ediləcək.

Nəqliyyat xərci daxil deyil.

 

Web adres: www.miras.az

Dr. Fariz XƏLİLLİ: 00994508764043

 

Tərəfdaşlar:

Amasiya Universiteti

AÜSSAM

MIRAS

AZERDER

Amasiya Valiliyi

Amasiya Bələdiyyəsi

Merzifon Bələdiyyəsi

Suluova Bələdiyyəsi

 

Tərəfdaş olmaq istəyən qurumlar müraciət edə bilərlər.

 
Oxunub : 4833