AZE ENG
Facebook
Twitter Google Myspace
ƏZİZ MƏKTƏBLİ DOSTLAR, HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ VALİDEYNLƏR!
8-5-2014

ƏZİZ MƏKTƏBLİ DOSTLAR, HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ VALİDEYNLƏR!
Miras İctimai Birliyi 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə məktəblilər arasında "Təbiət inciləri" adlı foto-sərginin təşkili barədə artıq elan vermişdi. Lakin təqdim olunan fotoşəkillərin sayı az olduğundan biz şərtlərə müəyyən dəyişikliklər etmək və müddəti uzatmaq qərarına gəldik. Ona görə də elanı yenidən sizin diqqətinizə çatdırırıq.
Foto-sərgiyə aşağıdakı mövzularda işlər təqdim edilə bilər:
• Azərbaycanın təbiət abidələri;
• Azərbaycanın təbiət mənzərələri;
• “İnsan və təbiət”;
• Bədii fotoqrafiya.
Yuxarıda qeyd edilən işlər, onların müəllifi haqqında qısa məlumat, fotonun çəkildiyi yer, təsvir olunan obyekt haqqında qısa məlumatla birlikdə həm elektron, həm də çap olunmuş şəkildə təqdim edilməlidir. Sərgidə 28 avqust 2014-cü il tarixinə qədər İctimai Birliyə təqdim olunmuş və peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən seçilmiş işlər nümayiş olunacaq. Fərqlənənlərə diplom və hədiyyələr təqdim ediləcək. Fotoları Bakı şəhəri, Əhməd Cavad küçəsi, 15, City Center, III mərtəbə ünvanında yerləşən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə təqdim edə bilərsiniz.

Əlavə məlumat almaq üçün əlaqə telefonu: 012 408 92 25, e-mail ünvanı isə miraspresscenter@gmail.com

 

Oxunub : 4979