AZE ENG
Facebook
Twitter Google Myspace
ELAN
9-10-2015

Əziz dostlar!

Sizi 15 oktyabr tarixində saat 11.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin akt zalında “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin NƏTİCƏLƏR, TƏKLİFLƏR, TÖVSİYƏLƏR adlı kitabının, layihə çərçivəsində təklif olunan İnkluziv turların və layihə nəticələrinə dair yekun hesabatın təqdimatına dəvət edirik.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci ilin aprel-sentyabr aylarında “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılmış, 135 nəfərin arasında sorğu keçirilmişdir.
Bütün ictimaiyyət nümayəndələri, maraqlanan şəxslər və KİV nümayəndələri tədbirdə iştiraka dəvətlidir.

Ünvan: AZ 1065, İnşaatçılar prospekti 39.
Əlaqə:
Mob: 050 8764043
Tel: 0099412449 56 47
E-mail: miraspresscenter@gmail.com

Oxunub : 2578