AZE ENG
Facebook
Twitter Google Myspace
Şikar Qasımov

 Univerisitet HİK-in sədr müavini, 1995-ci ildən 2001-ci ilə kimi “Mühəndis Biznesi və Menencment” fakultəsində dekan müavini və 1996-1998-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının müdiri vəzifələrində işləmişəm. 2001-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmiş və Universitetin orqanı olan “Ziya” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişəm. 2002-ci ildən 2015-ci ilə qədər “Tarix” kafedrasının müdiri, 2015-ci ilin oktyabırından isə “İctimai fənlər” kafedrasının müdiri vəzifəsində çalışıram.
2008-ci ildə AMEA-nın Tarix İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişəm. 300-ə qədər elmi, metodik və publistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün səkkiz “Tarix” və Azərbaycan tarixi fənninin tədrisi proqramının, “Azərbaycan tarixinin tədrisinə dair” beş metodiki vəsaitin, iki məcmuənin, “Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-30)”, Bakı, 2007, “Azərbaycan yaradıcı ziyalıları sovet hakimiyyəti illərində (1920-1940)”, Bakı, 2009, “Xalq Qəhrəmanı Sultan bəy”, Bakı, 2011, “Əsirlikdə qalan Laçın”, Bakı, 2012 monoqrafiyalarının, “Azərbaycan tarixi” (Texniki ali məktəblər üçün dərslik, 608 səh.) Bakı, 2015 dərsliyinin, Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror. Bakı , 2018, 260s. (üç dildə) kitabın, “Azərbaycan tarixi” mühazirə və məşğələ dərslərinin keçilməsinə dair metodik vəsaitin, Bakı 2019, 106 s. və “Azərbaycan tarixi” fənninin proqramı, Bakı,2019. müəllifiyəm. Moskvanın, Dağıstanın, Türkiyənin, Kiyevin, Ryazanın, Makedoniyanın, İtalyanın və Çuvaş Respublikasının elmi jurnallarında 20-dən çox məqaləm çap olunubdur.
2011-ci ilin aprel ayında Kiyev şəhərində kocmosun fəthinin 50- illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktik konfransda iştirak etmiş və “Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu” mövzu sunda çıxış etmişəm. 2012-ci ilin mayında Türkiyənin Amasya şəhərində Mir Həmzə Nigariyə həsr olunmuş Beynəlxalq Simpoziumda “Cicimlidən Amasyaya gedən təsəvvüf yolu”, 2014-cü ildə Türkiyənin Konya şəhərində VIII Uluslararası Sempozyumda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-30-cu illər)” mövzularında məruzə ilə çıxış etmişəm. 2014-cü ilin dekabr ayında Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfrans-larda “Miras”ın xətti ilə əsas məruzəçi kimi və Türkiyənin Kanal -33 televiziyasında, 2015-ci və 2016-cı ilin may aylarında Türküyyənin Konya şəhərində, 2016-cı ilin oktyabr ayında Ağrı Universitetində, 2017 və 2018-ci illərin yanvar aylarında Make-donyanın Ohrid şəhərind və 2018-ci ilin may ayında isə İtalya-nın Matera şəhərində keçirilən Beynəlxalq konfranslarda da iştirak edərək çıxışlar etmiş və layiqincə Azərbaycanı təmsil etmişəm. 2016-cı ilin may ayında Türküyyənin Konya şəhə-rində "VI Uluslararasi türk sanati, tarihi ve folkloru kongresi"-ndə uğurlu iştiraka və dəyərli məruzəyə görə konqresin təşkilat komitəsi tərəfindən "BİLME, SENETE KATKI" ödülü ilə mükafatlandırılmişam.
Bütün bu göstərilənlərlə yanaşı 2018-ci ilin oktyabrında Türkiyyənin Amasya şəhərində IV Beynəlxalq Simpoziu-munda, “Türk xalqının azadlıq mücadiləsinə azərbaycanlıların iqtisadi, siyasi və hərbi köməyi”, 2019-cu ilin 24-26 yanvarında Tiflis şəhərində I Uluslararası dergi Karadeniz sosyal bilimler sempoz- yumunda, 2019-cu ilin 26-27 aprel tarixində Konya çəhərində XII Uluslararası kongresdə “Azerbaycan kültürünün gelişiminde müstesna hizmetleri bulunan İsmayilli aydinlari” və 25-26 may 2019-cu il tarixdə Qori müəllimlər Seminariyasının Qazax filialının 100 illiyi ilə əlaqədar, Qazax şəhərində keçiril-miş Beynəlxalq konfransda “Heydər Əliyev siyasi kursu və Azərbaycan təhsili” mövzularında çıxışlar etmişəm. “Türk xalqlarının tarixi”, “Siyasi tarix” dərs vəsaitinin rəyçisi, “İslam qanunlarına aid 400 suala 400 cavab" kitabının redaktoru və rəyçisi, ümumilikdə onlarla kitabın redaktoru və rəyçisi olmuşam. 40-dan çox namizədlik və doktorluq dissertasiya- larının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşam. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvü olmuş və hazırda MDB ölkələri arası Monitorinq İnstitutunun Bakı filalının ekspertiyəm.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin noyabrında “Tərəqqi” medalı ilə təltif olunmuşam. Milli Ordumuzun yaranmasi günü, ictimai, siyasi və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində fəaliyyə-timə görə Respublika Qarabağ Veteranları Əlilləri Şəhid Ailə-ləri İctimai Birliyinin tərəfindən 2016-cı ildə “Fədai” medalı və 2017- ci lldə isə “Vətən naminə” medalı ilə təltif olunmuşam. 2017-ci ilin may ayında YAP Yasamal təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və İctimai-siyasi fəaliyyətinə görə “Fəxri Fərmanla” və 2018-ci ilin fevralında isə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşam.
1989-1992-ci illərdə Laçın bölgəsinin Güləbird-Cicimli-Qazıdərəsi və digər ərazilərində ön cəbhədə iştirak etmişəm. Hal-hazırda Azərbaycan Texniki Universitetində Müharibə Və Əmək Veteranları Şurasının və Yasamal rayonu, H.Cavid 25, YAP ərazi ilk təşkilatının sədri kimi ictimai iş aparıram.
Mənim “Miras”la əlaqəm 2011-ci ildən başlayıb. Fariz müəllimin rəhbərliyi altında “Miras” təşkilatında görülən işlər və onun proqramı- amalı məni elə ilk günlərdən özünə cəlb etdi. Tariximizin tədqiqi, təbliği, tarixi abidələrimizin araşdırılması, bərpası, restavrasiyası və bir sözlə Azərbaycan mədəniyyəti-nin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində təşkilatın gördüyü işlər Miras tərəfindən mənə elə xalqımıza verilənlərdir. “Miras” ailəs ilə olmaq tariximizin araşdırılma-sına, təbliğinə və ən əsası xarici mətbuata çıxmağıma təkan verib. İstər daxildə, istərsə də xaricdə özümə dostlar tapmı-şam, belə demək mümkünsə Beynəlxalq arenaya çıxmama səbəb olmuş və ən əsası xaricdə Azərbaycanın gerçəkliyini- daxili və xarici siyasətdə olan uğurlarımızı çatdırmaq imkanı verib mənə.
Bir ziyalı olaraq təşkilatın bütün tədbirlərinin iştirakçısı və dəstək verəni olmuşam.Təşkilatın fəaliyyətini daima çıxışlarım-la alqışlamışam. Mötəbər tədbirlərdə, çıxışlarımda və yazıla-rımda daima “Mirasın” fəaliyyətini təbliğ etmişəm. Arzum budur ki, təşkilat Azərbaycanın tarixi, elmi, mədəni mirasının qorunması və gələcək nəslə çatdırılması kimi dəyərli olan qayəsindən dönməsin. “Miras” üçün arzum: Təcrübəli ziyalılarla gənclərin əlaqəsi genişləndirilsin, yerli bələdiyələrlə sıx əlaqə qurulsun və onların gücündən istifadə edilsin. 

Oxunub : 9