AZE ENG
Facebook
Twitter Google Myspace
Avropa İrs Mükafatı
2-6-2020

 Qafar Cəbiyev nominasiya mətnində bildirib ki, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda arxeoloji irsin öyrənilməsi, qorunması, təbliği və idarə edilməsi istiqamətində təşəbbüsləri ilə tanınır. 2010-cu ilin mart ayından etibarən onun təşəbbüsü ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi həyata keçirilib. Məqsəd Azərbaycanda arxeoloji turizmi inkişaf etdirmək, yeni bərpa və konservasiya layihələri həyata keçirmək, arxeoloji irsi sərgi və festivallar yolu ilə tanıtmaqdır. Fariz Xəlillinin təşəbbüsləri 2019-cu ilin oktyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksinin bazası əsasında “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğunun yaradılması ilə nəticələnib. Fariz Xəlilli Mehrəvan qalası, Şıxməzid xanəgahı, Şeyx Dursun türbəsi, Pir Ömər xanəgahı, Nərgizava və Gəgəli yaylağı nekropolları, Basqal qəsəbəsi arxeoloji tədqiqatlarının da təşəbbüskarı olub. O, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın arxeoloji irsini araşdıran "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin də eksperti olub. Fariz Xəlilli hazırda Azərbaycanda sufilərin və tərəkəmələrin arxeoloji irsinin öyrənilməsi təşəbbüslərini həyata keçirir. O, Azərbaycanda mədəni irsin və arxeolgiyanın öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində 15 kitab və 100-dən çox elmi məqalənin müəllifidir.

Avropa Arxeoloqları Assossiasiyası tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin namizədliyini qeydə aldıqlarını və sonrakı mərhələlər üçün seçim komitəsinə təqdim etdiklərini bildiriblər.
Nominasiyanın hazırlanmasında zəhməti olan Məleykə Hüseynova və Konul Ağayevaya xüsusi minnətdarlıq edirəm.
Oxunub : 476