AZE ENG
Facebook
Twitter Google Myspace
Kampanyayı İmzala
5-6-2020

 Şamaxının Saqiyan kəndinin tarixi adına toxunulmasın!

 
 
Toponomiya komissiyasına və onun üzvlərinə:
- Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik);
- İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti);
- Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı);
- Sevinc Fətəliyeva (Milli Məclisin deputatı);
- Musa Quliyev (Milli Məclisin deputatı);
- Əziz Ələkbərov (Milli Məclisin deputatı);
- Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru);
- Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru);
- Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi );
- Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi);
- Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri);
 
-Tamam Cəfərova (Milli Məclisin deputatı).
 
Biz Şamaxının Saqiyan kəndinin adınının dəyişdirilib Günəşli olmasına etiraz edirik.
 
Hərbirimiz bir Azərbaycanlı, bir Şirvanlı, bir Şamaxılı kimi etiraz edirik. Saqiyan adı təsadüfi şəkildə dəyişdirilə bilməz. Ona görə ki, bu dəyişdirmə ermənilərin qarşısında geri çəkilmədir. Ona görə ki, bu dəyişdirmə həmin torpaqların ermənilərə aid olmasını qəbullanmadır. Bura Şirvandır, Şamaxıdır. Bura tarixi məkandır, heç bir ad öz-özünə yaranmayıb. Tarixçilərin rəyinə görə, Saqiyan adı iki məqamdan şirvanidir, türkidir. Birincisi, Saqiyan = Saqilər. Sufizmə işarədir, Şirvanın sufi köklərini göstərir. İkincisi, Saqi sözünün yaranması saklarla bağlıdır. Sak daş heykəllərinin Altaydan Avropaya qədər əllərində badə vardır. Saqi kəlməsi Saki = saklardan gəlmədir. Bizim türk kökümüzə işarədir. Saqiyan bölgəsinə ermənilərin gəlməsi Şirvanşahların süqutundan sonra, Şah Abbas Səfəvinin islahatlar dövrünə aiddir. Ondan öncə Saqiyan torpaqlarında ermənilər yaşamırdılar. Yəni Saqiyan adı ermənilərin bölgəyə gəlməsindən əvvələ aiddir, tarixidir və qədim kökləri var. Ona görə də Saqiyan adı dəyişdirilə bilməz. Bəd ayaqda sözün kökü qalmaqla Saqilər və ya Saqiyurd ola bilər. Tarixi ada toxunmaq olmaz.
 
 
Oxunub : 410