AZE ENG
Facebook
Twitter Google Myspace
Mədəniyyət: dəyişməyən hədəflər və çağdaş paradiqmalar
9-6-2020

“Miras” Mədəni İrsinin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 12 iyun saat 20:00 da “Mədəniyyət: dəyişməyən hədəflər və çağdaş paradiqmalar” mövzusunda vebinara qoşulmağa dəvət edir.

Vebinarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin  müdiri Günel Seyidəhmədlidir. Vebinarda reallıqla virtuallıq arasında keçən şərti sərhədin trayektoriyasının aktiv dəyişikliklərə məruz qalması, yaşadığımız hadisələrin təsiri altında real və virtual həyat arasında yeni demarkasiya xəttinin müəyyən olunması, dəyərlər sistemini dəyişikliklərə məruz qoyacaq virtuallaşma, “digital” texnologiyaların hegemonluğu ilə müşahidə olunacaq virtual bir mühitdə mütləq olaraq millilik ifadəsinin tədricən yeni fəlsəfi forma və mahiyyətinin müəyyən olunması, yeni dəyərlər və mədəni istiqamətlər, yeni əxlaq, habelə fərqli peşəkarlıq meyarları sisteminin meydana gəlməsi ilə müşahidə olunan vərdişlərdən bəhs olunacaq.

 
Məruzəçi: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevdir.
Vebinara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 856 7813 1450
Link: https://us02web.zoom.us/meeting/85678131450
Oxunub : 555