AZE ENG
Facebook
Twitter Google Myspace
Günel Seyidəhmədli

 Mən Günel Seyidəhmədli Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi ixtisası üzrə bakalavriat və magistratura səviyyəsini bitirmişəm. Azərbaycan memorial heykəltəraşlığının bədii xüsusiyyətləri (Fəxri Xiyabanın abidələri əsasında) adlı dissertasiya işini müdafiə etmişəm və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını almışam. 30-a yaxın elmi məqalənin və bir neçə tədris fənn proqramlarının müəllifiyəm.
Mirasla tanışlığımız 2015-ci ildən başlayır. Bu müddət ərzində Miras İB-nin təşkil etdiyi bir neçə mədəni irs layihələrində, tədbirlərində, konfrans və simpoziumlarında yaxından iştirak etmişəm və təşkilati kömək göstərmişəm. Seçilib seçilməməyimdən asılı olmayaraq bu tendensiya hər zaman qüvvədə olacaq.
Mirasla məni birləşdirən bir çox məqam var. Araşdırma sahəm məzar daşları olduğu üçün bir neçə araşdırmaları məhz miras və onun üzvləri ilə (dəyərli epiqrafçı alim t.ü.f.d. Həbibə Əliyeva ilə) aparmışam. Bundan sonra da Mirasla birlikdə mədəni irsimizin qorunmasında, tanınmasında, araşdırılmasında və dünyaya çıxarılmasında çox əhəmiyyətli və mühüm işlərin görüləcəyinə inanıram. Çünki mirasın üzvləri nə istədiyi bilən, hədəfə vuran və qeyri maddi və maddi irsi dərk edib, onun qorunması üçün yola çıxan və bu yolda əlindən gələni əsirgəməyən savadlı gənclərdən və dəyərli ziyalı müəllimlərdən ibarətdir. Birlikdə görəcəyimiz işlər, keçirəcəyimiz layihələr çoxdur deyə düşünürəm.

Oxunub : 55