AZE ENG
“Azərbaycanın şimal qərb bölgəsinin Alban məbədləri” və “Qafqaz Albaniyası əhalisinin antropoloji cəhətdən öyrənilməsi” elmi seminarı
 “Miras” Mədəni İrsinin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 29 may saat 19:30 da “Azərbaycanın şimal qərb bölgəsinin Alban məbədləri” və “Qafqaz Albaniyası əhalisinin antropoloji cəhətdən öyrənilməsi” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin  müdiri Günel Seyidəhmədlidir. 
28-5-2020
Ardını oxu
"Azərbaycan adlı dövlətin yaranması haqqında" vebinarı
 Mayın 26-da "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan adlı dövlətin yaranması haqqında" vebinar keçirilib. Vebinarın məruzəçisi Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov, moderatoru Azərbaycan Texniki Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov olub.
27-5-2020
Ardını oxu
“Mühacirətdə yaşadılan Cümhuriyyət” seminarı
 “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 23 may saat 15:00-da 28 may Respublika Gününə həsr olunmuş “Mühacirətdə yaşadılan Cümhuriyyət” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru Miras İctimai Birliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aidə Məlikovadır. Məruzəçi "Çapar" tarix dərgisinin Baş redaktoru Dilqəm Əhməddir.
20-5-2020
Ardını oxu
"Etnoqrafiya və muzeylər" seminarı
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 18 may saat 19:00-da 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Etnoqrafiya və muzeylər” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Miras İctimai Birliyinin sədri Şəhla Xəlillidir. Məruzəçilər Türkiyə Cümhuriyyəti Konya Mövlanə Muzeyinin direktor müavini Dr. Naci Bakırcı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadur.
17-5-2020
Ardını oxu
Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 16 may saat 15:00-da çox maraqlı bir mövzu ilə yenidən qarşınıza gəlir. "Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları" adlı seminarımızın məruzəçisi Trabzon Universitetinin müəllimi, Dr. Kamran Abdullayevdir.
15-5-2020
Ardını oxu
Tarix və arxeologiyada skif problemi və təsviri sənətdə Tomris ikonoqrafiyası
 “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 12 may saat 19:00-da “Tarix və arxeologiyada skif problemi; Təsviri sənətdə Tomris ikonoqrafiyası” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Məruzəçilər: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakütləsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.
9-5-2020
Ardını oxu
“Mədəni İrsin Öyrənilməsi”nə ədəbi təhlillər
Miras İctimai Birliyinin tərəfdaşlığı ilə 7 may saat 15:00-da çox maraqlı bir mövzu ilə yenidən qarşınıza gələcəyik. “Mədəni İrsin Öyrənilməsi”nə ədəbi təhlillər adlı seminarımızda “Haqq Aşiqi – Nəsimi”, “Azərbaycanda xəlvətilik”, “Nizami Gəncəvi və Gəncə ədəbi təhlillər“, ”Tarixi Abidələrimizin Mirası" kimi maraqlı mövzuları müzakirə edəcəyik.
6-5-2020
Ardını oxu
II Beynəlxalq Ağsu Simpoziumu Proqramı
TƏRƏKƏMƏ HƏYAT TƏRZİ: DÜNƏN, BU GÜN, SABAH
II BEYNƏLXALQ AĞSU SİMPOZİUMUNUN
PROQRAMI
9-12-2019
Ardını oxu
II. Uluslararası Aksu Sempozyumu
“Yörük yaşam tarzı: dün, bugün, yarın” konulu II. Uluslararası Aksu Sempozyumu
Prof.Dr. Kübra Aliyeva onuruna
20-21 Aralık 2019
Aksu - Azerbaycan
20-9-2019
Ardını oxu
I Beynəlxalq Quba Simpoziumunun Proqramı
 TARİXİ YERLƏR VƏ ABİDƏLƏR
I BEYNƏLXALQ QUBA SIMPOZIUMUNUN
PROQRAMI 
25-8-2019
Ardını oxu
II Beynəlxalq Ağsu Simpoziumu
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, onun Şamaxı filialı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrsini Araşdırma İnstitutunun təşkilatçılığı ilə 20-21 dekabr 2019-cu ildə “Tərəkəmə həyat tərzi: dünən, bu gün, sabah” mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçiriləcək. Bu simpoziumun əsas məqsədi bütün dünyada Tərəkəmə həyat tərzini öyrənən alimləri bir yerə toplamaq, "Tərəkəmə həyat tərzi" konsepsiyası üçün elmi əsasları formalaşdırmaqdır. Simpozium Tərəkəmə həyat tərzini öyrənən alimlərimizdən Prof.Dr. Kübra Əliyevaya həsr olunur.
25-8-2019
Ardını oxu
Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 13-14 sentyabr 2019-ci ildə “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirməkdir.
27-2-2019
Ardını oxu
<< 1 2 3 4 5 6 >>