AZE ENG
Facebook
Twitter Google Myspace
"Etnoqrafiya və muzeylər" seminarı
17-5-2020

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 18 may saat 19:00-da 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Etnoqrafiya və muzeylər” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Miras İctimai Birliyinin sədri Şəhla Xəlillidir. Məruzəçilər Türkiyə Cümhuriyyəti Konya Mövlanə Muzeyinin direktor müavini Dr. Naci Bakırcı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadur.

Naci Bakırcı Mövlanə Muzeyinin yaranmasından, Mövlanə Cəlaləddin Rumiyə və digər mövləvilərə məxsus əşyalardan, muzeydə qorunan və nümayiş olunan etnoqrafik materiallardan, Osmanlı dövründən başlayaraq bu günə qədər Konya muzeylərinin qısa tarixçəsindən danışacaq. Gülzadə Abdulovanın məruzəsində Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik əşyaların cəlb edilməsi, onların saxlanılma vəziyyəti və ekspozisiyalarda nümayişindən bəhs olunacaq.

Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.

Meeting ID: 890 4113 7387

https://www.facebook.com/events/259762432096727

https://us02web.zoom.us/j/89041137387

Oxunub : 41