AZE ENG
Facebook
Twitter Google Myspace
“Gəgəlidə xalq yaradıcılığı”
4-6-2020

 Gəgəli Bələdiyyəsi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 6 iyun saat 15:00-da “Gəgəlidə xalq yaradıcılığı” mövzusunda yurd görüşünə qoşulmağa dəvət edir.

Görüşün moderatoru Gəgəli bələdiyyəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Görüşün məruzəçisi Şəhid Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru, Tərəkəmə folkloru qrupunun təsisçisi Sabit Abdullayevdir. O, Gəgəli kəndi sakinlərinin bədii yaradıcılığından, xalq deyimlərindən, folklordan danışacaq. 
Gəgəli Bələdiyyəsi Facebook səhifəsində canlı yayımla keçiriləcək görüşlər silsilə şəklində olacaq və bizi izləməyə davam edin. 
Oxunub : 1841