AZE ENG
Facebook
Twitter Google Myspace
Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu işini yekunlaşdırıb
20-10-2021

Oktyabrın 15-17-də Prof.Dr. Kamil İbrahimovun əziz xatirəsinə həsr olunan və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumu” işini yekunlaşdırıb.

Simpozium işini 3 gün ərzində, 4 bölmə şəklində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Yutub, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Feysbuk, Tvitter və İnstaqram hesablarında canlı yayım formasında davam etdirib. Ümumilikdə 30-dan çox məruzə-çıxış və dörd poster təqdim olunub. Simpoziuma Azərbaycan Texniki Universiteti, Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Memarlıq və İncəsənət İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu və Naxçıvan bölməsi, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Türkiyə Aydın Adnan Menderes Universiteti, Türkiyə Kocaeli Muzeyi, İtaliya Boloniya Universiteti, İtaliya YOCOCU Assosiasiyası, Rusiya Novosibirsk Dövlət Universiteti, Rusiya Tümen Dövlət Universiteti, Təbriz İslam İncəsənət Universiteti, Albaniya Fransız-Alban Kolleci, Makedoniya Strateji Araşdırmalar Mərkəzi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Sumqayıt Dövlət Rəsm Qalereyası və digər elmi-tədqiqat müəssisələrinin əməkdaşları məruzə və posterlə qatılıblar. İştirakçılara sertifikatlar təqdim olunub.

Simpoziumun yekun iclasında “Tarixi İpək yolu” turizm marşurutunun təqdimatı layihəsi haqqında ictimaiyyətə məlumat verilib. Arxeoloji, etnoqrafik və aqro turizmi baxımdan mühüm əhəmiyyət kəsb edən bu layihə qədim və orta əsrlər dövrlərində Şamaxı və Ağsu arasındakı  Ortabulaq yolu olan tarixi İpək yolunu nəzərdə tutur və Qazan arxı, Pir Bəxtiyar türbəsi, Cavanşir yaşayış yeri, Şeyx Dursun türbəsi, Kələxana türbələri, Nərgizava nekropolu kimi abidələri ehtiva edir.

Simpozium çərçivəsində “Günəşə doğru köç: Tərəkəmə qadın” filminin təqdimatı keçirilib.

 

https://www.facebook.com/aksureserve

 

https://www.youtube.com/c/Miras%C4%B0ctimaiBirliyi/videos

 

https://www.instagram.com/agsu_qorugu

 

https://twitter.com/Agsuqorugu

 

Oxunub : 239