AZE ENG
Facebook
Twitter Google Myspace
26FEVRAL.AZ XOCALIYA ƏDALƏT TƏLƏB EDƏCƏK
15-2-2014

Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alır və qiymətli video arxiv yaradılır.
Yaşayan Azərbaycanlıların hər biri Xocalı soyqırımının qurbanıdır. Bundan sonra doğulacaq Azərbaycanlılar da... 26 fevral xalqın lənət günüdü.
İmage Şirkəti və Miras İctimai Birliyi bu lənətli günü anladan 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalı layihəsini təqdim etməyə hazırlaşır. Layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər hazırlanıb və filmlər 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalında yerləşdiriləcək. Çəkiliş qrupu ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alır və qiymətli video arxiv yaradılır. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək. Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə Azersun Holdinqin yaxından dəstəyi ilə ərsəyə gəlib.
Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və 26 FEVRAL.AZ saytında paylaşaq. Yaddaşınıza arxayın olmayın. Bir azdan biz olmayacağıq, ya da unutmağa başlayacağıq...

Oxunub : 4936