AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Gənc Alimlər və Mütəxəssislər Şurasının qonağı oldu
20-2-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 20 fevral 2014-cü il tarixində Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti yığıncağında iştirak edərək 2014-cü ildə nəzərdə tutulan seminar, konfrans və simpoziumları təqdim etdi.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli birliyin fəaliyyəti, indiyə qədər görülmüş işlərdən, yenicə start götürmüş “Elmin, mədəniyyətin, iqtisadiyyatın dialoq mərkəzi – Ağsu” layihəsindən ətraflı məlumat verdi, gənc alim və tədqiqatçılara MİRAS - 2014 simpoziumları barədə təqdimat etdi, tövsiyələrini çatdırdı.
MİRAS İctimai Birliyi və YOCOCU video çarxları gənc alim və mütəxəssislərr tərəfindən maraqla qarşılandı. Çıxışın sonunda görüş iştirakçılarına konfrans və simpoziumların bukletləri, “MİRAS” jurnalının nömrələri və Birliyin çap etdirdiyi kitablar paylandı.
 

Oxunub : 2546