AZE ENG
Facebook
Twitter Google Myspace
Xocalı şəhər 4 saylı tam orta məktəbində tədbir keçirilib
25-2-2014

21-23 fevral 2014-cü il tarixlərində Miras İctimai Birliyinin təşkil etdiyi Xocalı şagirdlərinin Ağsu turunun davamı olaraq gəzintidə iştirak edən Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri “Tariximizi unutmayaq” adı altında 25 fevral 2014-cü il tarixində məktəbdə tədbir keçirilib.
Xocalı faciəsində və Qarabağ müharibəsində şəhid və itkin düşənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub. Gəzintidə iştirak edən, Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatçı müavini Kənan Quliyev Ağsunun tarix və mədəniyyəti, Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi, Cümə məscidi, hamam, buzxana, sənətkar emalatxanaları , yaşayış evlərinin qalıqları və digər şahid olduğu yerlər haqqında müəllim və şagird heyətinə məlumat verib. Gəzintidə çəkilmiş fotolardan hazırlanmış slaydlar nümayiş etdirilib, daha sonra Miras İctimai Birliyinin istehsalı olan “Xocalı vaxtı” sənədli televiziya filmi maraqla izlənilib. Bu filmdə Xocalı tarixi, Xocalının coğrafi mövqeyi şagirdlərin yüksək marağına səbəb olub.
Filmin nümayişindən sonra Xocalı şəhər 4 saylı tam orta məktəbin direktoru Hökumə Quliyeva, həmin məktəbin direktor müavini Tacir Əzizov, Xocalı rayon Təhsil şöbəsinin baş məsləhətçisi Nəcəf Həsənov və digər müəllimlər Miras İctimai Birliyinin bu addımını yüksək qiymətləndirib, tariximizin öyrənilməsində gələcək işlərində uğurlar arzulayıblar.
 

Oxunub : 2916