AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS məktəblilər arasında “Təbiət inciləri” fotosərgisinin təşkil edir
8-5-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə məktəblilər arasında “Təbiət inciləri” adlı fotosərgi keçirməyi planlaşdırır.
Hər il Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd edilən 5 İyun Ümumdünya Ətaf Mühitin Mühafizəsi Günü (World Environment Day) dünya ictimaiyyətinin diqqətini ətraf mühitin problemlərinə cəlb etmək, həmçinin ətraf mühitin mühafizəsinə istiqamətlənmiş müvafiq fəaliyyətlərə siyasi marağı dəstəkləmək məqsədi daşıyır. Bu günün hədəfi – hər bir insanda ətraf mühitin mühafizəsinə kömək göstərmək istəyini oyatmaqdır.
Başqa sözlə, dünya xalqlarına davamlı və vicdanlı inkişafa fəal kömək göstərmək imkanı vermək, təbiəti mühafizə məsələlərinə yanaşmada dəyişikliklərin aparılmasında əsas hərəkətverici qüvvənin məhz bizim özümüz, cəmiyyətimiz olduğunu anlamasına şərait yaratmaqdır. Həmçinin daha təhlükəsiz və uğurlu gələcəyə nail olmaq məqsədilə bütün ölkələrdə və xalqlarda tərəfdaşlıq münasibətlərinin faydalılığını izah etməkdir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yuxarıda qeyd edilənləri əsas götürərək məhz böyüməkdə olan nəslin ekoloji mədəniyyətini yüksəltmək, onlarda təbiətə və onun vasitəsilə Vətənə məhəbbəti aşılamaq, uşaqların bu istiqamətdə biliklərini qiymətləndirmək məqsədilə məktəblilər arasında fotosərgi keçirmək və aşağıdakı mövzularda işləri ictimaiyyətə təqdim etmək niyyətindədir:
• Azərbaycanın təbiət abidələri;
• Azərbaycanın təbiət mənzərələri;
• “İnsan və təbiət”;
• Bədii fotoqrafiya.
Yuxarıda qeyd edilən işlər, onların müəllifi, fotonun çəkildiyi yer, təsvir olunan obyekt haqqında qısa məlumatlarla birlikdə həm elektron, həm də çap olunmuş şəkildə təqdim edilməlidir. Fotoların ölçüsü qısa tərəf 210 mm uzunluğu isə uşaqların fantaziyanıza müvafiq götürülə bilər, keyfiyyəti isə 300 dpi olmalıdır. Sərgidə 01-20 may 2014-cü il tarixlərində İctimai Birliyə təqdim olunmuş və peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən seçilmiş işlər nümayiş olunacaq. Fərqlənənlərə diplom və hədiyyələr təqdim olunacaq. Fotolar Bakı şəhəri, Əhməd Cavad küçəsi, 15, City Center, III mərtəbə ünvanında yerləşən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə təqdim edilə bilər.
Əlavə məlumat almaq üçün əlaqə telefonu: 012 408 92 25, e-mail ünvanı isə miraspresscenter@gmail.com
Ən yaxşı fotolar “Miras” jurnalında dərc ediləcək, eyni zamanda beynəlxalq sərgilərdə nümayiş olunmaq üçün təqdim ediləcək. Məktəbliləri sərgidə fəal iştirak etməyə, milli irsimiz olan təbiət abidələrimizi qorumağa, onları öyrənərək təbliğ etməyə çağırırıq.

Oxunub : 3301