AZE ENG
Facebook
Twitter Google Myspace
Milli Qəhrəmanlarımız – qürur mənbələrimiz” - Milli Qəhrəmanlarımızı tanıyaq Şəhidlər Muzeyində görüş
20-6-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə 27 iyun 2014-cü il tarixində saat 12.00-də “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi tərəfindən yaradılmış Şəhidlər Muzeyində Milli Qəhrəmanlarımız və Qarabağ Qaziləri ilə “Milli Qəhrəmanlarımız – qürur mənbələrimiz” adlı görüş keçirəcək.
Görüşdə Qarabağ Qaziləri şərəfli döyüş yollarından bəhs edəcək, müharibə təəssüratları ilə bölüşəcək, qan yaddaşımız vərəqlənəcək, ikinci dəfə müstəqillik qazanmış dövlətimizdə ordu quruculuğu haqqında fikirləri ilə bölüşəcəklər. Şəhidlər Muzeyinə baxış zamanı 100-dən artıq fotoşəkil, kitab və müxtəlif eksponatlar gənclərə müharibənin dəhşətlərini, Azərbaycan Ordusunun şücaətlərini, döyüş rəşadətini təsəvvür etməyə şərait yaradacaq.
Tədbirdə həmçinin “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin sədri, Ümummilli Lider tərəfindən “General Əli bəy” ləqəbi verilmiş Əlövsət Qasımov görüş iştirakçılarına qəhrəmanlarımızla bağlı suallar verəcək və düzgün cavab verənlər diplomla mükafatlandırılacaq.
Sizi 27 iyun 2014-cü il tarixində saat 12.00-də 20 Yanvar küçəsi, 2/51 ünvanında yerləşən Şəhidlər Muzeyində keçiriləcək tədbirə dəvət edirik.
 

Oxunub : 3173