AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsu üçün yeni xəbər saytı hazırlanır
22-7-2014

Bölgələrimizdə online medianın inkişafı üçün son zamanlar çoxsaylı işlər görülüb və görülməkdədir. Bu məqsədlə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsuda gördüyü işlərin xəbər formatında yayılması, eləcə də Ağsunun inkişaf və qayğılarının xəbərləşdirilməsi üçün yeni layihəyə start verir.
MİRAS İctimai Birliyi Milli Mətbuat günündə www.agsunews.az xəbər portalının yaradılmasını elan etməkdən məmnunluq duyur. Portalın təsisçisi və redaktoru tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Ağsuda və Bakıda ilkin mərhələdə könüllü, layihə özünü doğruldacağı təqdirdə müvafiq şərtlərlə müxbirlərinin fəaliyyət göstərməsi planlaşdırılır.
Daha çox ictimai, sosial, iqtisadi, mədəni, turizm eləcə də elmi mövzularda xəbərlərin paylaşılacaq portalda Ağsu haqqında əksər vacib məlumatların yerləşdirilməsi də nəzərdə tutulmuşdur.
Ağsudakı rəsmi qurumlarla, qeyri-hökumət və kommersiya təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan portal rayon əhalisinin online media sahəsində maariflənməsi üçün də layihələr həyata keçirməyi planlaşdırır.

 

Oxunub : 3070