AZE ENG
Facebook
Twitter Google Myspace
Uşaqlar və biz
2-6-2011

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və UAFA təşkilatının Yasamal İƏR mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqlar və Biz” layihəsi çərçivəsində növbəti tədbir keçmişdir. Miras İB-nin Uşaq və Gənclərlə İş şöbəsinin rəhbəri Toğrul Muxtarov və UAFA təşkilatının Yasamal İƏR mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva hər iki təşkilat haqqında geniş məlumat vermiş və qeyd etmişlər ki, hər iki təşkilatın qarşılıqlı əməkdaşlığı çərçivəsində bu cür tədbirlər mütəmadi olaraq təşkil olunacaq.
Daha sonra iştirakçılar mərkəzin Rəqs dərnəyinin uşaqları tərəfindən hazırlanmış rəqs nümunələrini, MİRAS İB-nin məhsulu olan “Azərbaycan Abidələr Diyarıdır” sənədli filmini və MİRAS İB-nin şöbə müdiri, ebru mütəxəssisi Vüsal Qaraqaşlının təqdimatında EBRU dərsini izləmişlər. EBRU sənəti haqqında məlumat verən Vüsal Qaraqaşlı daha sonra uşaqlarla birgə rəsmlər çəkmişdir.
Qeyd edək ki, göstərilmiş rəqs nümunələri UAFA-nın Yasamal İcma əsaslı Reabilitasiya mərkəzinin nəzdində, Bakcell şirkətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Rəqs dərnəyinin uşaqları tərəfindən nümayiş etdirilmidir.
 

Oxunub : 2118