AZE ENG
Facebook
Twitter Google Myspace
Gürcüstanda seminarlar
4-4-2012

2012-ci ilin aprelində Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS
Tədbir çərçivəsində İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirildi.
Burada MİRAS İB-nin Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev “Dünyada
mənim vətənim” mövzusunda seminar təşkil etmişdir.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarda çıxış edərək
Birliyin fəaliyyəti və nəşrləri haqqında məlumat vermişdir.
Daha sonra Dr. Fariz Xəlillinin “Azərbaycanın mədəni irsi” mövzusunda məruzəsi dinlənilmişdir.
Seminar zamanı iştirakçılara Azərbaycanın
ən qədim dövrdən müasir dövrə qədər olan mədəni irsi haqqında geniş məlumat verildi.
Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin
fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçdi. Sonda dinləyicilərin sualları
cavablandırıldı, birliyin Gürcüstan təmsilçisi tələbələrə
növbəti seminarlar barədə məlumat verdi. Gələcəkdə bu tip seminarların Azərbaycanlıların
mənəvi mədəniyyəti, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı,
Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularına həsr
olunması planlaşdırılır.
 

Oxunub : 2092