AZE ENG
Facebook
Twitter Google Myspace
“Molla Nəsrəddin” irsinin müasir dövrümüzdə təzahürləri” mövzusunda rəsm sərgisinin açılışı oldu.
22-6-2013

2013-çü il iyunun 21-də Bakı Rəsm Qalereyasında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Molla Nəsrəddin” irsinin müasir dövrümüzdə təzahürləri” mövzusunda rəsm sərgisinin açılışı oldu.

Tədbiri tanınmış rəssam Yusif Mirzə açaraq gənc rəssamları təbrik etdi, onların istedadlarının üzə çıxarılmasında və təbliğ edilməsində MİRAS İB-nin fəaliyyətindən söhbət açdı. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxışında bildirdi ki, sərginin məqsədi “Molla Nəsrəddin” irsinin müasir dövrümüzdə təzahürlərini nümayiş etdirməkdir. Rəssamlar əsərlərində əsasən satira, yumor vasitəsilə yenilik, maarifçilik və müasirliyin sintezini göstərməyə çalışıblar.
Çıxışlarda vurğulandı ki, sərgidə gənc rəssamların “Molla Nəsrəddin” jurnalının işıqlandırdığı mövzulara həsr etdikləri 25 rəsm əsəri nümayiş olunur.
Sərgidə Yaylagül Ramazanova, Sürəyya Abdullalı, Mərdan Məmmədov, Şahin Quliyev, Mətanət Ağazadə, Aydan Ağazadə, Kənan Məmmədov, Anar Pənahov, Anar Şəmsiyev, Mərdan Məmmədov, Qurban Oruclu, Emin Elişov, Vüqar Qurbanov, Könül Məmmədova, Vüsalə Talıbovanın və başqalarının işləri nümayiş olunur.
Gənc rəssamların “Mövhumatçılar”, “Sən çaldın”, “Dava yorğan davasıdır”, “Molla düşünür”, “Molla Nəsrəddin” və müasirlik”, “Mollanın mülkü”, “Sabir və satiraları”, “Neyləyirik Fatma, Tükəzbanları”, “Poçt qutusu”, “Molla Nəsrəddin” personajlarının yaranması”, “Axmaq kişi insanlığı asanmı sanırsan?”, “”Kənizinin qulu” və s. əsərləri maraqla qarşılandı.
Sonda rəssamlara sertifikatlar təqdim olundu. Sərgi iyunun 22-də də davam edəcək.
 

Oxunub : 2178