AZE ENG
Facebook
Twitter Google Myspace
agsunews.az - regional xəbər portalının təqdimatı keçiriləcək
8-12-2014

Ölkəmizin bölgələrində son zamanlar “onlayn media”nın inkişafı üçün çoxsaylı işlər görülüb və görülməkdədir. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Sarılı” MMC bölgələrdə onlayn medianın inkişafına öz dəstəyini verməyə niyyətlənmişdir.
Belə ki, 10 dekabr 2014-ci il tarixində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Sarılı” MMC-nin birgə məhsulu olan “www.agsunews.az” xəbər portalı ictimaiyyətə təqdim ediləcək. Bu xəbər portalında Ağsu, Şamaxı, Kürdəmir, İsmayıllı, Göyçay, Qobustan rayonlarında baş vermiş ictimai, sosial, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, texnologiya sahələrini əhatə edən, eləcə də elmi mövzularda xəbərlərin paylaşılması nəzərdə tutulub.
Eyni zamanda, portalda bölgə ilə bağlı geniş foto və video-materiallar yerləşdiriləcəkdir. Saytda həmçinin tanınmış və bölgə yazarlarının həm bölgənin, həm də bütövlükdə ölkəmizin tarixi, mədəni, sosial-iqtisadi məsələləri ilə bağlı maraqlı araşdırmaları, məqalələri və fikirləri öz əksini tapacaqdır.
Qeyd etmək istəyirik ki, bu xəbər portalı Azərbaycan Respublukası daxilində ilk regional xəbər portalı olacaq və yeni-yeni müxtəlif yönümlü saytların açılmasına zəmin yaradacaqdır.
KİV və QHT nümayəndələrini, maraqlananları 10 dekabr 2014-cü ildə saat 15.00-da World Business Centerin konfrans zalında “www.agsunews.az” xəbər portalının təqdimatına dəvət edirik.


 

Oxunub : 2448