AZE ENG
Facebook
Twitter Google Myspace
26fevral.az saytı Milli İnternet Mükafatı - Milli Net 2014 qalibləri siyahısındadır
19-12-2014

19 dekabr tarixində Bakı Biznes Mərkəzində Azercell şirkətinin baş sponsorluğu, RYTN, DeltaTelecom və BestComp şirkətlərinin dəstəyi ilə Milli İnternet Mükafatı - Milli Net 2014 qaliblərinin təqdimetmə mərasimi keçirilib. Mərasimdə artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF-in prezidenti Osman Gündüz çıxış edərək Milli Net-ə 14 nominasiya üzrə 322 saytın təqdim olunduğunu və onlardan yalnız 272 sayt yarışmaya buraxıldığını qeyd etmişdir. Osman Gündüz eləcə də bu il ilk dəfə olaq Mobil tətbiqlər və Qarabağla bağlı saytlar Nominasiyalarının daxil edildiyini diqqətə çatdırıb.
Mədəni İrsin Öyrənilməsinə Kömək İctima Birliyinin İmage MMC ilə birlikdə ərsəyə gətirdiyi “26fevral.az” veb saytı “Qarabağla bağlı saytlar” nominasiyası üzrə 3-cü yerə layiq görülmüşdür. Mərasimdə MİRAS İctimai Birliyini İMAGE Company-nin direktoru Teymur Nəcəzfadə və şirkətin əməkdaşı Sədaqət Nəcəfzadə təmsil etmişlər. İmage Şirkəti və Miras İctimai Birliyinin Xocalı faciəsini anladan “26fevral.az” (eyni zamanda 26february.az) veb portalı ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakininin dinlənilərək, faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər şəklində hazırlanıb və həmin filmlər bu veb portalda öz əksini tapır.
Adı çəkilən nominasiya üzrə 1-ci və 2-ci yerləri isə www.qam.az və karabakhinfo.com saytları bölüşmüşdür.
 

Oxunub : 2634