AZE ENG
Facebook
Twitter Google Myspace
III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI
1-1-2018

19-21 mart

Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasını oğuz boy təşkilatı ilə əlaqələndirən türkoloq Zəki Vəlidi Toğan onların getdikləri yerlərdə geniş torpaqlara malik olduğu və tümənlərə rəhbərlik etdiklərini yazır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli kəndində hər il olduğu kimi axır çərşənbə günlərində III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI-nı keçirməyi planlaşdırır. AMEA Folklor İnstitutu və Ağsu rayonu İcra Hakimiyyəti Festivalı dəstəkləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu festivala təşkilati dəstək göstərir. 

Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Şamaxı və Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. Festival çərçivəsində məktəblilər arasında muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur.

Turun qiyməti:

Bir gecə iki gün üçün - 45 manat

İki gecə üç gün üçün - 60 manat

Turun proqramı:

19 mart

08:00 - Toplanış (Şamaxı yolu, Leyla şadlıq sarayı qarşısı)

11:00 - Ağsu rayonu Gəgəli kəndində Festivalın və sərginin açılış mərasimi

13.00 - Nahar yeməyi 

14.30-19.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş

19.00 - Şam yeməyi

20.00 - Kənd evlərində yerləşmək və gecələmək

20 mart

08.00 - Səhər yeməyi

09.00 - Sərgiyə qatılmaq, qruplar şəklində Ağsunun abidələrini arzu edilən şəkildə gəzmək

10.00-18.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş

18.00-19.00 - Şam yeməyi 

19.00-20.00 - Çərşənbə yandırılır. Arzu fanarları buraxılır, şamal atılır.

20.00-05.00 - Axşam kənddə oturulacaq. Adətə görə sakinlər niyyət edir, axşam səhərə qədər yatmadan otururlar, bir başqa deyimlə çillə çıxarırlar. Tura qatılanlar da bu evlərdə yerli sakinlərlə oturacaq, adətin tərəfi olacaqlar. Adətə görə yatan, yuxulayan adamlar yatdığı yerə tikilir. Dastanlar söylənilir, nağıllar danışılır, qurşaq atılır, müxtəlif oyunlar oynanılır, yarışmalar olur, hekayələr, rəvayətlər dinlənilir. 

05.00-07.00- Gün çıxmadan, dan yeri ağaranda tərəkəmə çərşənbəsi başlanır. Bütün ev heyvanları çərşənbədən keçirilir. Sonra bütün iştirakçılar çərşənbədən keçirlər. 

21 mart 

08:00 - Səhər yeməyi (kənd süfrəsi)

09:00-12.00 - Sərbəst vaxt

12.00-16.00 - Şamaxı şəhər turu

16.00 - Bakıya yola düşmək

Qiymətə daxildir: 

avtobus,

2 gecə kənd evlərində qalmaq

2 səhər yeməyi, 2 şam yeməyi və oturma gecəsi çay süfrəsi

professional bələdçilər

professional fotoqraflar

Bizimlə əlaqə:

ünvan: Ağsu rayonu Gəgəli kəndi

Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi

tel: 0508764043

0557486837

 

email:tarakamafolkloru@gmail.com

farizkhalilli@gmail.com

abdullayevsabit@mail.ru

 
Oxunub : 6904