AZE ENG
Facebook
Twitter Google Myspace
Şəhla Xəlilli

 Xəlilli Şəhla Vahid qızı 1980-ci ildə Bakıda anadan olmuşam. Qafqaz universitetinin Türk dili və ədəbiyyatı fakültəsində bakalavr, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində isə magistr təhsilini almışam. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olmuşam. Aspirantura müddəti bitdikdən sonra Türkdilli Əlyazmaların tədqiqi şöbəsində elmi işçi vəzifəsində işləyirəm.
Miras İctimai Birliyinə yarandığı gündən qoşulmuş, görülən bütün işləri əlimdən gələn qədər dəstəkləmişəm. Fariz Xəlillinin təklifi ilə İdarə Heyətinə namizədəm. Gördüyümüz və görməyi planlaşdırdığımız bütün işlər tariximizin, mədəni irsimizin mühafizəsi, öyrənilməsi, öyrənilənləri paylaşmaq məqsədi daşıyır və bu məqsəd seçilsəm də seçilməsəm də davam edəcəkdir.

Oxunub : 2474