AZE ENG
Facebook
Twitter Google Myspace
"Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatın nəticələri"
24-6-2020

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 30 iyun saat 20:00-da "Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatın nəticələri" mövzusunda keçiriləcək vebinara qoşulmağa dəvət edir. Vebinarın moderatoru "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, vebinarın məruzəçisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Avaxıl ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevdir. Vebinarda Avaxıl arxeoloji ekspedisiyasının Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında apardığı tədqiqatlardan bəhs ediləcək. Tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi və türbəyə məxsus kitabənin aşkar edilməsinin elmi əhəmiyyətindən və gələcək perspektivlərindən danışılacaq. 

 
Vebinara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 857 5417 1289
Link: https://us02web.zoom.us/meeting/85754171289
Qeyd: əvvəlki vebinarları MİRAS TV-dən izləyə bilərsiniz:
https://www.youtube.com/channel/UCgG6bDmqvgRSZepR8cvQhtg 
Oxunub : 2011