AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Hesabat Verdi
25-12-2015

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyəti növbəti toplantısını keçirib. Toplantıda idarə heyətinin sədri Fariz Xəlilli, heyət üzvləri və Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak edib.Тoplantıda 2016-cı il üçün hazırlanmış iş planına daxil olmuş fəaliyyətlər müzakirə olunub və təkliflər dinlənilib. Hesabat formatlı bu toplantıda MİRAS İctimai Birliyinin 2015-ci ildə həyata keçirdiyi layihələri və tədbirləri sadalanıb. Həmin tədbirlərə daxildir:
10 yanvar- MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasının beş illiyinə həsr olunmuş tədbir;
17-18 yanvar- Makedoniyanın Ohrid şəhərində Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, ESRA Audiovizual İncəsənət Universiteti, HAEMUS Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzi ilə birgə təşkilatçılıqda III Beynəlxalq Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında İnterdisiplinar Əlaqələrə Baxış Konfransı;
20 yanvar- Kocacık kəndində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri;
22 yanvar- “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsini uğurla həyata keçirdiyi üçün İctimai Birliyin sədri Fariz Xəlillinin Fəxri Fərmanla təltif olunması;
1-2 fevral- Bakıda Gənclərin I Beynəlxalq mədəni irs və turizm forumu;
2 fevral- Kalabriya Universitetinin rektoru Gino Mirocle Crisci ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru və AMEA Mədəniyyət və İncəsənət İnstitutunun rektorunun görüşünün təşkil olunması;
"IV Avrasiya Arxeologiyası Konfransının Materiallarının (1-5 oktyabr 2012, Ağsu, Azərbaycan)"dərc olunması;
12 fevral- Türkiyə Cümhuriyyətinin Qaziantep şəhərində Demar Beynəlxalq Sərgilər şirkətinin təşkil etdiyi Orta Şərq Turizm sərgisində iştirak;
16 fevral- Türkiyə Cümhuriyyətinin Samsun şəhərində Türk Ocağı Cəmiyyəti, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi, Balkan-Rumeli Türkləri Konfederasiyası ilə birlikdə “Nədən Xocalı” adlı seminar;
19 fevral- Tiflisdə "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyası, Turizm Geo-İnformasiya Mərkəzi və Golden Travel Georgia şirkəti tərəfindən təşkil olunan "Mədəni irs və turizmin tədrisində innovativ metodlar" II elmi-praktiki konfransında iştirak;
24 fevral- 51 saylı məktəbin şagirdləri tərəfindən MİRAS İctimai Birliyi və İdeal Zirvə Tədris Mərkəzinin təşkilatçılığı ilə Atamoğlan Məmmədlinin pyesi əsasında, gənc rejissor Röyal Cəbiyev tərəfindən səhnələşdirilən "Şəhidlərə kəfən lazım deyil" tamaşasının həmin məktəbdə, 26 fevralda isə Ağsu şəhərindəki Mədəniyyət Sarayında nümayişi;
Mart ayından başlayaraq Ağsu Arxeoloji Ekspedisiyasının fəaliyyəti (Bəyimlidə, Mehrəvanda tədqiqatlar, əldə olunmuş tapıntılar, onların konservasiyası və bərpası);
2 mart- Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Universitetin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı”;
10 mart- Xəzər Universitetində MİRAS İctimai Birliyinin təşkilatçılığı, Xəzər Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı”;
16-18 mart- MİRAS İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyətinin dəstəyi ilə I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı;
1-2 aprel- Bakı şəhərində I Beynəlxalq Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar Simpoziumu;
11-16 aprel- Avropa təhsil, gənclik və idmana dövlət dəstəyi proqramı ERASMUS+ çərçivəsində “Yüksək tədris və fərdi inkişafın təşviq olunması. Qarşılıqlı təcrübədən yararlanmaq” layihəsinin Belçika Türk Dərnəkləri Birliyi və MİRAS İctimai Birliyi tərəfindən birgə həyata keçirilməsi;
23-27 aprel- Səlcuq Universiteti, MİRAS İctimai Birliyi və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə Rusiya Federativ Respublikasının Rostov-na-Donu şəhərində Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı;
3 may- Ağsu rayonunun Ülgüc kəndi yaxınlığındakı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi mühafizə zolağında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan "Tut bağları - mirasımızdır" adlı ağacəkmə aksiyası;
14-16 may- Türkiyənin Konya şəhərində MİRAS İctimai Birliyi, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi birlikdə təşkil olunan IV Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu;
28 may- Avropa Birliyinin “Reflektiv Cəmiyyətlər: Mədəni İrs və Avropa Kimlikləri”
Creative Europe proqramına “Mədəni irsin İdarə Olunması” Beynəlxalq İnternet Məktəbi layihəsinin təqdim olunması;
30 may- MİRAS İctimai Birliyinin Şimali Kipr nümayəndəsi Cəfər Mənsiminin “Uğur kitabı”nın təqdimatı;
27 iyun- kitabevim.az kitab mağazasında Professor Qafar Cəbiyevin publisistik məqalələr toplusundan ibarət olan "Yazılan Qalacaq" kitabının imza günü;
5 iyul və 17 oktyabr tarixlərində MİRAS İctimai Birliyinin təşkilati dəstəyi və gənc mirasçı Fidan Məmmədovanın təşəbbüsü ilə “Nə, Harada, Necə” intellektual yarışması;
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində iyulda Ağsu, Şamaxı və İsmayıllı rayonlarında sorğuların, avqustda isə təlimlərin keçirilməsi;
24 iyul- MİRAS İctimai Birliyinin təşəbbüsü ilə Orta Əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Ümumdünya Arxeologiya Günü” münasibəti ilə “Arxeologiya festivalı”;
2-5 sentyabr- Qlazqo şəhərində Avropa Arxeoloqlar Assosiasiyasının XXI Konfransında "Azərbaycanda Arxeoloji və Analitik Tədqiqatlar: Ağsunun orta əsr keramikası" ” mövzusunda təqdimatla iştirak;
8-9 sentyabr- İtaliyanın Verona şəhərində MİRAS İctimai Birliyi, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi və Verona Universitetinin birgə təşkilatçılığı ilə IX Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu;
15 oktyabr- MİRAS İctimai Birliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” adlı layihəsinin Nəticələr, Təkliflər, Tövsiyələr adlı kitabının, layihə çərçivəsində təklif olunan İnkluziv turların və layihə nəticələrinə dair yekun hesabatının təqdimatı;
19-25 oktyabr- MİRAS İctimai Birliyi və İtaliyanın YOCOCU Assosiasiyasının Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində Arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi;
5 noyabr- Kitabevim.az mağazasında Professor Qafar Cəbiyevin "Girdiman. Tarixi və Tarixi-coğrafiyası" kitabının təqdimat mərasimi;
7 noyabr-Ümumi Yığıncaq və idarə heyətinə seçkilər;
12 noyabr- Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə muzeydə Konstitusiya gününə həsr olunmuş “Mədəni İrsin İctimailəşməsi" mövzusunda seminar;
17 noyabr- kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və imza günü;
26 noyabr- Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzində "Azərbaycan-Misir əlaqələrində İslam tarixi və mədəniyyətinin yeri" mövzusunda müzakirələr;
28 noyabr- Xəzər Universitetinin Tarix Departamenti və MİRAS İB-nin Universitetdə "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" adlı seminarı;
7 dekabr- Avropa Birliyi Avropa Tərəfdaşlıq Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində Polşa ilə əməkdaşlıq layihəsinin (Study Tour to Poland) hazırlanıb təqdim edilməsi;
11 dekabr- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar;
16 dekabr- Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında "Qarabağ və mədəni irsimiz" mövzusunda seminar;
17 dekabr- Bülbülün Memorial Muzeyində “Mədəni İrsin Tanıdılmasında Musiqi və Folklor Ənənələrinin rolu” adlı tədbir

İclasda həmçinin MİRAS İctimai Birliyinin elan etdiyi “Kreativ İdeyalar Yarışması”na təqdim olunmuş layihələrə baxılıb. İdarə heyəti üzvlərinin səs çoxluğu ilə 1-ci yerə Gülşən Hüseynova (Beynəlxalq Məsafəli Mədəni İrs Akademiyası), 2-ci yerə Lalə Misirxanova (orta məktəblər üçün vahid mədəni irs kitabı), 3-cü yerə isə Məhbarə Abbasova (rəngli həyətlər) layiq görülüb.Qeyd edək ki, sonda 2015-ci ilin hesabatı və 2016-cı ilin iş planı heyət üzvləri tərəfindən təsdiqlənib.

 

 

Oxunub : 2918