AZE ENG
Facebook
Twitter Google Myspace
Rusiya Gənclər Günü və MİRAS
24-6-2016

İyunun 23-də Rusiya Səfirliyi Mədəniyyət və İnformasiya Mərkəzində 27 iyun - Rusiya Gəncləri Gününə həsr olunmuş Azərbaycan və rus gənclərinin fotosərgisi və dostluq görüşü keçirilib. MİRAS İctimai Birliyinin təşkilatçı kimi iştirak etdiyi tədbirdə Azərbaycan və Rusiyadan olan gənclər iştirak ediblər.

Azərbaycanda Rusiya Əməkdaşlığı Nümayəndəliyinin sədr müavini Aleksey Konnov açılış nitqi ilə hamını salamlayıb və qeyd edib ki, artıq neçə ildir Azərbaycanda bu əlamətdar gün keçirilir. O, əlavə edib ki, növbəti ildə Soçidə Ümumdünya gənclər və tələbələr festivalı keçiriləcək. O Azərbaycanın gənclər təşkilatlarını da həmin tədbirin təşkilatçısı və iştirakçısı olmağa dəvət edib.

Azərbaycan Rus Gəncləri Assosiyasiyasının rəhbəri Anastasiya Kononova Azərbaycanda müntəzəm həyata keçirilən gənclər tədbirləri haqda iştirakçılara məlumat verib.

Daha sonra tədbir bayram konserti ilə davam etdirilib. İştirakçılara “Trio” yaradıcı studiyasının rəqsləri təqdim olunub. MİRAS Rəqs qrupu isə “Naz eləmə” və “Anam Xəzərim” milli rəqslərini ifa edib.

Daha sonra Azərbaycan və Rusiya gənclərinin mədəni əlaqələrinə dair maraqlı çıxışlar olub.

 
Oxunub : 5592