AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanın tarixi-mədəni irsi barədə Qlazqoda məruzə və müzakirələr
8-9-2015

Məlum olduğu kimi, sentyabrın 2-5-də Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Asossasiyasının 21-ci illik toplantısı keçirilib. Toplantıda Avropa və dünyanın digər qitələrini təmsil edən 1800-dən çox arxeoloq iştirak edib.
3 gün ərzində 20 bölmədə 1000-dən çox məruzə dinlənilib. Sentyabrın 5-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, habelə Beynəlxalq YOCOCU Asossasiyasının prezidenti, kimya elmləri üzrə fəlsəfə doktoru Andrea Macchianın "Arxeoloji materialların interpretasiyası" problemlərinə həsr olunan bölmədə "Azərbaycanda Arxeoloji və Analitik Tədqiqatlar: Ağsunun orta əsr keramikası" mövzusunda müştərək məruzəsi iştirakçılar tərəfindən maraqla dinlənilib. Məruzədə qeyd olunduğu kimi 2010-2015-ci illərdə Ağsuda aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanmış keramika nümunələri İtaliyanın Kalabriya Universitetində həm kimyəvi, həm də optik analiz edilərək nəticələri ümumiləşdirilib.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev isə Zaqatala rayonu ərazisindəki Pəri qalası haqqında məruzə ediblər.
Qlazqo Universitetinin kitabxanasına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrləri olan bir neçə kitab hədiyyə edilib.
 

Oxunub : 2661