AZE ENG
Facebook
Twitter Google Myspace
"Pandemiya dövründə təhsil məsələləri" mövzusunda vebinar
9-6-2020

İyunun 6-da "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Pandemiya dövründə təhsil məsələləri" mövzusunda vebinar keçirilib. Vebinarın moderatoru Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova idi. Vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmovun məruzəsi dinlənilib. Fərrux Rustəmov məruzəsində Azərbaycan təhsilinin müasir inkişaf mərhələlərindən, pandemiya dövründə təhsil, təlim işlərinin həyata keçirilməsindən, distant təhsilin xeyirli və çatışmayan tərəflərindən bəhs edib. Distant təhsilin çox az bir zamanda ölkəmizdə geniş yayılmasını sevindirici bir hal olmasını vurğulayıb.

Müzakirələrdə Azərbaycanın tarixçi alimi, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktroru Əsmər Şərifova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Kəmalə Məmmədova, Gəncə şəhər 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əminə Kazımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi Vüsalə Kərimova, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimi Telli Cabbarova , Muğla Sıtkı Koçman Universitetinin magistri Aidə Məlikova çıxış ediblər.
 
Oxunub : 1979