AZE ENG
Facebook
Twitter Google Myspace
GƏNCLƏRİN I BEYNƏLXALQ MƏDƏNİ İRS VƏ TURİZM FORUMU 01-02 fevral 2015 Bakı, Azərbaycan
5-12-2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi GƏNCLƏRİN I BEYNƏLXALQ MƏDƏNİ İRS VƏ TURİZM FORUMUnu elan edir.
Qısa məlumat. Forum “Araşdır, qoru və təbliğ et!” şüarı ilə keçiriləcək. Foruma müxtəlif ölkələrdən yaşı 35-ə qədər olan gənclər mədəni irsin araşdırılması, qorunması və təbliğ olunması istiqamətində yeni ideyalarla çıxış etmək üçün dəvət olunurlar.Sonda həm məruzəçilər , həm də iştirakçılara sertifikat veriləcək.
Məqsəd. Forumun məqsədi gəncləri bir araya gətirərək müxətlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
Bunun üçün:
- müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, həmin ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinə dəstək olmaq;
- gənclərin araşdırma, qoruma və təbliğatdakı rolunu üzə çıxarmaq;
- müxtəlif ölkələrin mədəniyyət və turizmini, adət və ənənələrinin öyrənilməsinə çalışmaq;
- dünyanın müxtəlif ölkələrindən olan gənclərə ölkəmizin adət-ənənələrini, zəngin tarixini, mədəniyyət və turizmini təbliğ etmək;
- dünyaya sülh və birlik mesajı vermək;
- gənclərin ideya və təşəbbüslərini dinləyib, təşəbbüslər əsasında Bəyannamə qəbul etmək nəzərdə tutulur.
Forumda iştirak qaydaları: Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar. Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər. Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərən zaman aşağıdakıları nəzərə alın:
1. Xülasələr Azərbaycan, yaxud ingilis dilində yazılmalıdır.
2. Xülasələr yığcam (maksimum 300 işarə) olmaqla, əsas məqsəd və nəticələri əhatə etməlidir. Forum üçün işlər seçilərkən əsas meyar kimi işin keyfiyyəti, orijinallığı, hərtərəfliliyi nəzərə alınacaq. Xülasə aşağıdakılardan ibarət olmalıdır: (a) xülasənin məzmununu göstərən başlıq; (b) məqsədləri göstərən giriş cümlə; (c) müvafiq təcrübə proseslərinin qısa təsviri; (d) yeni və dərc olunmamış məlumat xülasəsi; və (d) nəticə.
Xülasədəki hər bir fikrə görə, eləcə də yazı, qrammatika və ya elmi faktlarda yol verilmiş səhvlərə görə müəlliflər məsuliyyət daşıyırlar. Xülasə göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır.
Müraciətlər üçün son tarix: 08 yanvar 2015-ci il
Qəbul olunan xülasələrin siyahısı 22 yanvar 2015-ci ilə kimi açıqlanacaq.
E-mail: miraspresscenter@gmail.com
İnternet səhifəsi: www.miras.az
Forumda dinləyici kimi iştirak etmək istəyənlər üçün məhdudiyyət yoxdur. Sadəcə miras.az saytındakı əlavə blankı dolduraraq öncədən qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat xərcləri:
Məruzəçi kimi iştirak üçün - 60 manat (bura nəşrlər,2 günlük çay fasiləsi və nahar daxildir);
Dinləyici kimi iştirak üçün - 30 manat (bura 2 günlük çay fasiləsi və nahar daxildir).

Məkan və tarix:
01-02 fevral, 2015 ci il.
Modern Hotel, Bakı, Azərbaycan.

 

Məsləhət Şurasi:
AMEA-nın müxbir üzvü Vəli Əliyev
AMEA-nın müxbir üzvü Cəfər Qiyasi
Prof.Dr. Qafar Cəbiyev
Prof.Dr. Luigi Scrinzi (İtaliya)
Prof.Dr. Kübra Əliyeva
Prof.Dr. Minəxanım Təkləli-Nuriyeva
Prof.Dr. Şikar Qasımov
Prof.Dr. Abbas Seyidov
Prof.Dr. Kamil İbrahimov
Dr. Fariz Xəlilli
Dr. Juanjo Pulido (İspaniya)
Dr. İrina Gusac (Rusiya)
Ahmet Aytaç (Türkiyə)
Emil Səfərov
Məleykə Hüseynova
Arzu Soltan
Gülşən Hüseynova
Teymur Nəcəfzadə
Məmməd Rəhimov

 

Təşkilat Komitəsi:
Cəfər Mənsimi
Şölə Bayramova
Aidə Məlikova
Valeh Cəfərov
Tərlan Quliyev
Elnur Alıyev (Gürcüstan)
Çinarə Əliyeva
İlqar Babayev (Türkiyə)
Kərim Musazadə (İran)
Enrico Greco (İtaliya)
Zeynəb Qasımova


Təklif olunan proqram:
01 fevral 2015 ci il
10.00-11.00 - Qeydiyyat
11.00-12.30 - Forumun açılışı
12.30-14.00 - Nahar
14.00-18.00 - “Araşdır” bölməsində təqdimatlar
02 fevral 2015
09.00-13.00 -“Qoru” bölməsində təqdimatlar
13.00-14.00 - Nahar fasiləsi
14.00-18.00 - “Təbliğ et” bölməsi, təqdimatlar
18.00-19.00 - Müzakirələr (mədəni irs, turizm araşdırmaları) və bəyannamənin qəbulu
19.00-19.30 - Sertifikatların verilməsi

 

Dinləyicilər üçün qeydiyyat forması - YÜKLƏ

Məruzəçilər üçün qeydiyyat forması - YÜKLƏ 

 

Oxunub : 5628