AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS İş Elanı
2-7-2015

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni menecment planı əsasında Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini idarə etməyə başlayır. Mədəniyyət və Turizm Naziriyi ilə bağlanan mühafizə və istifadə müqaviləsinə əsasən strukturda və idarəetmədə yeniliklər gözlənilir. Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi inventar materiallarının elmi təsvirləri və onların elektron pasportlaşdırılması məqsədilə iki ay ərzində müqavilə əsasında elmi işçiləri dəvət edir. Magistr təhsilinin və bu sahədə təcrübənin olması vacibdir. İki ay ərzində Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində qalacaq, yemək və digər zəruri ehtiyaclarla təmin ediləcəksiniz. Elmi işçilər MİRAS İdarə heyətinin seçimi əsasında işə götürüləcəklər. İddialılar CV-lərini göndərə bilərlər. miraspresscenter@gmail.com. Maaş 350-400 manat 

Oxunub : 2629