AZE ENG
Facebook
Twitter Google Myspace
"Azərbaycan adlı dövlətin yaranması haqqında" vebinarı
27-5-2020

 Həsən Həsənov Azərbaycan adlı dövlətin nə vaxt, hansı tarixi şəraitdə, hansı xalq tərəfindən yaranması haqqında danışıb. Dövlətimizi yaradan şəxs və Azərbaycan adının necə yaranmasından ətraflı bəhs edib. Azərbaycan adlı dövlətin yaranarkən hansı əraziləri əhatə etməsi, dövrün mənbələrində xalqımızın necə adlandırılması bir çox qədim Assuriya, Babilistan, Roma və Yunan, Suriya mənbələri əsasında təqdim edilib. Həsən Həsənov bildirib ki, Azərbaycan adlı dövlət eramızdan əvvəl 612-ci ildə Assuriya imperiyasının süqutu nəticəsində yaranmışdır. Azərbaycan adlı dövlətin yunan mənbələrində skif çarı Madi adlandırılan, suriya mənbələrində Arbak/Ərbəy kimi bilinən, Avropa ensiklopediyalarında Oğuz xanla əlaqələndirilən türk əsilli hökmdar tərəfindən yaradıldığı qeyd edilib. İlkin Ərəb mənbələri dövlətimizin yaradıcısı kimi Atropat sülaləsinin nümayəndəsini bildirir. Azərbaycan dövləti həmin dövrdə 27 il müstəqil ömür sürsə də, skif çarı Madinin, Atropatlar adı ilə tanınan sülaləsi yerli hakimlər kimi 900 il öz torpaqlarında hakimiyyətdə olub. Qədim Azərbaycan dövlətinin sərhədləri Dərbənddən Həmədana, Şərqi Anadoluya qədər əhatə edib.

Professor Şikar Qasımov, Abbas Seyidov, Xəlil Yusifli çıxış edərək bildiriblər ki, Həsən Həsənovun məruzəsi Azərbaycan tarixinə mötəbər mənbələrə əsaslanan tam yeni baxışdır.
Oxunub : 1647