AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunu Keçirdi
3-2-2016

Fevralın 1-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları “MİRAS” İctimai Birliyinin təşkil etdiyi sərgi-yarmarka ilə tanış olublar.
Forumun açılışında İctimai Birliyin sədri Fariz Xəlilli çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edilib, iki günlük forumun keçirilməsinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
Bildirilıb ki, bu il tədbirdə Azərbaycanın gənc tədqiqatçıları (Məhbarə Abbasova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan müasir incəsənətində mövcud olmuş art-qruplar; Günel Baxışova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Oğuz rayonunun multikultural zənginlikləri və mədəni irsin qorunmasında əhəmiyyəti; Muhsin Halis və Sürəyya Ədilova, Kastamonu Universiteti, Turistik satınalma qərarında mənşə ölkə amilinin əhəmiyyəti (Azərbaycanlı turistlər üzrə tədqiqat) ; Aidə Məlikova, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycanın Gəgəli kəndində kənd turizminin inkişaf perspektivləri; Səbinə Babayeva, Azərbaycan Turizm və Menecment Universiteti, Muzeylərimiz turizm obyekti kimi - problemlər və həlli yolları; Aysel Məmmədəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İşğal altında olan mədəni irsin qorunması istiqamətində tədbirlər; Səbinə Həsənzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Kəlağayı; Hüseynova Ülviyyə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İsmayıllı rayonunda Qafqaz Albaniyası dövrünə aid mədəni irsin qorunması və təbliği; Günel Seyidəhmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Fəxri Xiyabanda yerləşən memorial abidələr; Fərqanə Cabbarova, Bülbülün Memorial Muzeyi, Mədəni irsin təbliğində Bülbülün Memorial Muzeyinin rolu; Zərifə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Əshabikəhfin turizmin inkişafında rolu) ilə yanaşı, Türkiyə (Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığı Kültür Varlıkları ve Müzeler Genel Müdürlüğündən Pınar Atalay, Türkiye’de taşınmaz kültür varlıklarınin korunması mevzuatına ilişkin tarihsel süreç), Rusiya (Rusiya səfirliyi Rusiya informasiya və mədəniyyət mərkəzinin nümayəndəsi Səidə Zöhrabova, Cəmiyyət və mədəniyyət), Niderland (Niderland Krallığının Bakı səfirliyinin nümadəyəndəsi Casper Van Vlokhoven, Van Qoq Muzeyi), Latviya (SIA Spare `Travel” və SIA Spare İdman Agentliyinin idarə heyəti üzvü Gints Aksiks, Latviyanin mədəni-tarixi irsi və turizm vasitəsilə onun gənclər arasında təbliği), Macarıstan (Macarıstan Baş Nazirliyi Mədəni İrsin Qorunması Şöbəsi nümayəndəsi Noémi Böröczki , Macarıstanın Mədəni İrsinin Qorunması) Misir (Misir mədəniyyət və təhsil əlaqələri mərkəzinin direktoru Əhməd Sami Elaydi, Misir və Azərbaycan arasında mədəni əlaqələrin dünəni, bugünü və sabahı) və Yəməndən (Saleh Ahmed al-Taheri, Ərəblərin gözü ilə Azərbaycan), İsveç (Günay Nəzərli, Malmo Universiteti, İsveç Azərbaycanlıları Konqresi) mütəxəssislər iştirak edirlər.
F.Xəlilli rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti və görüləcək işlər barədə də məlumat verib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov forum iştirakçılarını təbrik edib, tədbirin təşkilində “MİRAS” ictimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirib. Qeyd olunub ki, bu qurum ölkəmizdə mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizin araşdırılmasına və gənc nəslə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir. İctimai Birlik artıq neçə ildir bu sahədə bir sıra mühüm layihə və tədbirlərin həyata keçirilməsinə nail olub.
N.Səmədov vurğulayıb ki, milli və mədəni irsin beynəlxalq arenada tanıdılması və qorunması dövlətin üzərinə düşən əsas öhdəliklərdəndir. Bu baxımdan, ölkəmiz artıq 24 ildir ki, UNESCO-nun üzvüdür. Ötən müddətdə BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənib. Hazırda Azərbaycanın bir sıra maddi və mədəni irs nümunələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolunu xüsusilə qeyd etmək lazımdır.
Nazir müavini mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində həyata keçirilən proqram və layihələrdən, onların nəticələrindən söz açıb, forumun işinə uğurlar arzulayıb. O, Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunun dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də yeni ideyaların mübadiləsi baxımından səmərəli olacağına əminliyini bildirib.
Tədbirdə tarix elmləri doktoru Qafar Cəbiyev, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət müşaviri Murad Qaraçanta, YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının nümayəndəsi Andrea Macchia və başqaları müxtəlif ölkələrin mədəniyyətlərinin və turizm potensialının öyrənilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib, forumun hər il keçirilməsini arzulayıblar.
Sonra forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində davam etdirilib. İclaslarda yerli və xarici mütəxəssislərin mövzuya dair məruzələri dinlənilib, müzakirələr aparılıb.

Tədbir çərçivəsində “MİRAS” İctimai Birliyinin mükafatları təqdim olunub.

 

Oxunub : 2929