AZE ENG
Facebook
Twitter Google Myspace
"Sevil İncəsənət Sərgisi" keçiriləcək
15-3-2022

2022-ci il 17-20 aprel tarixlərində "Nur Art" House qalereyasında (İçərişəhər qəsr küç. 27) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, "MİRAS"  Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə sevgi, mərhəmət, şəfqət, qoruyucu mələk mövzulu  "Sevil İncəsənət Sərgisi" keçiriləcək.

 

Sərgidə rəngkarlıq, qrafika və heykəltəraşlıq işləri sərgilənəcək. Sərgiyə təqdim olunması üçün orijinal əsərlər seçilməli, işləmə texnikası və ölçüsü sərbəst olmalıdır. Sərgidə iştirak etmək istəyən sənətkarlar öz əsərlərinin fotolarını qeyd olunan elektron ünvana göndərə bilər: almemmedlisema24@gmail.com 

 

Bütün sənətsevərlər sərgidə iştiraka dəvətlidir.

 

 

Oxunub : 957