AZE ENG
Facebook
Twitter Google Myspace
“Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq vebinar-konfrans başa çatıb
30-8-2020

25-26 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti və onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya Yokoku Asossasiyasının təşkilatçılığı ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq vebinar-konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Memarlıq və İncəsənət İnstitutu, Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesiteti, Bakı Slavyan Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Ağsu şəhəri 1 saylı məktəb-lisey, Türkiyənin Səlcuq Universiteti, Adnan Menderes Universiteti, Het Universiteti, Mövlanə Muzeyi, İtaliya Yokoku Assossasiyası, Kultra təşkilatı, Şimali Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu, Belçika Türk Dərnəkləri Federasiyası, Rusiya Novosibirsk "Rusiya - Tarixim" Tarix Parkı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunu təmsil edən alimlər və tədqiqatçılar iştirak ediblər.
Konfrans onlayn formatda - Zum platformasında baş tutub, Facebook canlı ilə yayımlanıb. Konfransın açılış mərasiminin moderatoru “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli olub. Konfransı Ağsu rayonu İcra hakimiyyətinin başçısı Vahid Tağıyev açıb. O, bildirib ki, Prof.Dr. Qafar Cəbiyev Ağsuda çoxsaylı qazıntılar aparıb və yeni arxeoloji abidələr aşkarlayıb. Onun tədqiqatları beynəlxalq arenada yaxşı tanınır. Bu tədqiqatların bazasında Cənab Prezidentin sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəis müavini, rəis səlahiyyətlərini icra edən Könül Cəfərova Prof.Dr. Qafar Cəbiyevlə arxeologiya sahəsində uzun müddətdir birlikdə çalışdıqlarını, beynəlxalq tədbirlərdə birlikdə iştirak etdiklərini xatırladıb. Konfransın ənənəvi hal almasını, digər qoruqların ərazisindəki arxeoloji abidələri araşdıran alimlər haqqında da belə konfransların keçirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycan Respublikasının Millət Vəkili Tahir Kərimli son zamanlar Ağsuda görülən işləri təqdir edib, arxeoloji tədqiqatların geniş miqyasda aparılmasının önəmli olmasını qeyd edib. Prof.Dr. Qafar Cəbiyevin Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Kürdəmirdə apardığı tədqiqatların hər birinin kəşflərlə yadda qaldığını, son qazıntısını Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva tərəfindən ziyarət olunduğunu xatırladıb. Şamaxı rayonu İcra hakimiyyəti İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin əməkdaşı Mehriban Eyyubova və İsmayıllıdan əməkdar müəllim Ramiz Baloğlanov Prof.Dr. Qafar Cəbiyevin həmin rayonlarda gördüyü arxeoloji işlərdən danışıblar. Türkiyə Cümhuriyyəti alimləri adından Adnan Menderes Universitetinin müəllimi Əhməd Aytaç danışıb. O bildirib ki, Prof.Dr. Qafar Cəbiyev nəinki Azərbaycanın, həm də Türk dünyası alimlərinin müdrik ağsaqqalıdır. Azərbaycan Texniki Univeristetinin kafedra müdiri, Prof.Dr. Şikar Qasımov "Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü" mövzusunda açılış məruzəsi edib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, Dos.Dr. Həbibə Əliyeva söz alaraq Prof.Dr. Qafar Cəbiyevlə bağlı beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət ünvanlamağı təklif edib.
Konfransın birinci bölməsində Prof.Dr. Tarix Dostiyevin "Orta əsr Qəbələ şəhəri professor Qafar Cəbiyevin tədqiqatlarında", Prof.Dr. Habil Məmmədovun "Görkəmli arxeoloq Qafar Cəbiyevin “Şəhərgah yaşayış yeri” və “Muradxan dəfinəsi”nin öyrənilməsində rolu", Prof.Dr. Əsədulla Cəfərov "Azərbaycanın orta əsr arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin fəaliyyəti", Prof.Dr. Abbas Seyidovun "Tədqiqatçı-alim Qafar Cəbiyevin AAK-dakı fəaliyyətinə dair", Prof.Dr. Arif Məmmədovun "Azərbaycan arxeologiyasının tədqiqində Qafar Cəbiyevin rolu", Dos.Dr. Həbibə Əliyevanın "Şirvan abidələrinin aşkarlanmasında arxeoloq Qafar Cəbiyevin rolu", Dr. Elmira Abbasovanın "Şamaxı rayonu Dəmirçi kəndində Gəgəli yaylağı nekrpolunun bəzək əşyaları haqqında" məruzələri dinlənilib.
Konfransın ikinci bölməsində Prof.Dr. Kübra Əliyevanın "Arxeologiya və incəsənət", Prof.Dr. Osman Kunduracının "Muğla Yatağan çevrəsində Türk dövrü əsərləri", Dos.Dr. Məhfuzə Zeynalova və Dr. Aygün Məmmədovanın "Ağsu rayonu ərazisində aşkarlanmış yeni numizmatik faktlar (Prof.Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar əsasında)", Dr. Əhməd Aytacın "Azərbaycan Qarabağ və Anadolu Türk xalılarının naxış sxemi baxımından müqayisəli qarşılaşdırılması", Dr. Fariz Xəlillinin "Dini tarixi abidələrin arxeoloji baxımdan öyrənilməsinə yeni çağırışlar", Prof.Dr. Kamil İbrahimovun "Qafar Cəbiyev 70 - Zəhmət və istedad bir yerdə olanda" Aliyə Adıgözəlovanın "Görkəmli alimlər, nüfuzlu ziyalılar və tanınmış qələm sahibləri Prof.Dr. Qafar Cəbiyev haqqında" məruzələri dinlənilib.
Konfransın üçüncü bölməsində Prof.Dr. Vəfa Quliyevanın "Prof.Dr. Qafar Cəbiyevin ali məktəblər üçün “Azərbaycan arxeologiyasının əsasları" dərsliyi barədə", Dos.Dr. Cavid Bağırzadənin "Professor Qafar Cəbiyevin tələbəlik illərinə dair xatirələr", Dr. Afət Rüstəmbəyovanın "Polixrom üslublu "ay sirgalar" AMEA Milli Azərbaycan Tarix muzeyinin kolleksiyasında" Sənan Nemətovun "Orta əsr şəhərlərində hamamlar" mövzusunda məruzələri təqdim edilib.
Konfransın dördüncü bölməsində Prof.Dr. Luici Skrinzinin "Arxeoloji irsin konservasiyası və Qafar Cəbiyev", Dr. Laura Rivaroli və Paola Morettinin "Şeyx Dursun türbəsinin konservasiyası", Prof.Dr. Rubin Zemonun "Prof.Dr. Qafar Cəbiyev və Şimali Makedoniya-Azərbaycan elmi əlaqələri", Dr. Francedco Borsarinin "Viterbo şəhəri yaxınlığında arxeoloji tədqiqatlar və Azərbaycanla əməkdaşlıq perspektivləri" mövzularında məruzələri dinlənilib.
Konfransın beşinci bölməsində Dos.Dr. Səfər Aşurovun "Şabran şəhər yerində son arxeoloji tədqiqatlar", Dr. Gülzadə Abdulovanın "Ağsu arxeoloji ekspedisiyasının materialları XVIII əsr Azərbaycan etnoqrafiyasının öyrənilməsində mənbə kimi", Dr. Günel Seyidəhmədlinin "Azərbaycanın dağ qala istehkamları", Şəhla Xəlillinin "Prof.Dr. Qafar Cəbiyev və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi", Dr. Laçın Mustafayevin "Qəbələ şəhərinin Qala abidəsində aparılan son illərin arxeoloji qazıntılarına dair", Dos.Dr. Sevda Abdullayevanın "Azərbaycanda Səlcuqlular dövründə memarlıq və şəhərsalma mədəniyyəti", Şəfa Mövsümovun "Qarabağda Kəbirli tərəkəmələrinin yaşayış yerləri və arxeoloji-etnoqrafik tədqiqatlar", Pərvin Niftəliyevanın "Basqalda arxeoloji irsin qorunması məsələsi" mövzusunda məruzələr dinlənilib.
Konfransın yekun iclasında bölmə moderatorlarının məruzələri dinlənilib. Bütün məruzlərin səsləndirilən düzəlişlərdən sonra çap edilməsi məqsədəuyğun bilinib. Prof.Dr. Qafar Cəbiyevlə bağlı beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət səsləndirilib və qəbul edilib. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli konfransın keçirilməsində bütün əməyi olanlara minnətdarlıq edib.
 
Oxunub : 1525