AZE ENG
Facebook
Twitter Google Myspace
III Beynəlxalq Ağsu Simpoziumu
20-3-2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Gürcüstan Salam platforması

İtaliya YOCOCU Assosiasiyası

Ağsu Tədris Mərkəzinin dəstəyi ilə

 

 

TARİXİ YERLƏR VƏ ABİDƏLƏR

III BEYNƏLXALQ AĞSU SİMPOZİUMU

 

Ağsu, 15-17 oktyabr 2021-ci il

 

 

Simpozium Komitəsi Tarixi Yerlər və Abidələr III Beynəlxalq Ağsu Simpoziumuna məqalə və poster qəbulu elan edir. Pandemiya davam etdiyi üçün Simpozium 15-17 oktyabr 2021-ci il tarixlərində onlayn formatda keçiriləcək.

 

Biz məqalələri aşağıdakı mövzular üzrə təqdim etməyə dəvət edirik:

• COVİD-19 dövründə Azərbaycan arxeologiyası

• Post-Müharibə dövründə Qarabağın mədəni irs məsələləri 

• Maddi mədəniyyət: əlaqələr və müqayisələr

• Arxeologiya və ətraf mühit

• Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri  

• Abidələrin mühafizə problemləri

• Ümumdünya irsi: tarixi yerlər və abidələr

• Mədəni irsin ictimailəşməsi

• Yerli həyat tərzləri

 

Bu mövzular “YouTube” yayımlarına, ZOOM müzakirələrinə və Twitter sessiyalarına çıxarılacaq məqalələrin əsasını təşkil edir. Başqa mövzuda sessiya təşkil etmək arzusunda olan həmkarlarımıza simpozium təşkilatçıları ilə təmas qurmaq (əlaqə məlumatları aşağıdadır) tövsiyə olunur.

Canlı ünsiyyətdən doğan sevinc hissindən məhrum olsaq da, biz onlayn konfransın daha geniş coğrafiya üçün əlçatan olduğunu anlayırıq. Beləliklə, biz, adi halda simpoziumlarda iştirak edə bilməyən həmkarlarımızın və dostlarımızın məqalələrini məmnunluq hissi ilə gözləyəcəyik. Biz, həmçinin, tam rəqəmsal təcrübənin, xüsusən rəqəmsal bölgünün hələ məsələnin tam həlli olmadığını anlayır, ona görə də həm hazırki, həm də gələcək simpoziumlarımızın daha əlverişli olmasının üzərində çalışırıq. 

 

Məqalələrin təqdimat qaydaları:

Bu il simpoziuma məruzələr iki yolla qəbul edilir:

1. Rəsmi, əvvəlcədən yazılmış, simpoziumdan əvvəl “YouTube” üzərindən nümayiş üçün açıq olan 15 dəqiqəlik məruzələr. Onların sessiyaların yayım siyahılarına daxil edilməsi təşkil ediləcək, sonra isə ZOOM vasitəsilə sədr, məruzəçilərin iştirakı ilə, simpozium zamanı sual-cavaba vaxt nəzərə alınmaqla canlı müzakirələrə yer ayrılacaq.

2. Twitter-də 15 dəqiqə ərzində, suallara cavab üçün 5 dəqiqə ayırmaq şərti ilə, 12-15 Tweet-dən ibarət qeyri-rəsmi məqalələr. Onlar istənilən dildə təqdim edilə bilər.

Əvvəlcədən yazılmış məruzələr səsləndirilən slayd təqdimatından ibarət olmalıdır. Biz istənilən dildə səsləndirilərək əvvəlcədən yazılmış məruzələri qəbul etsək də, ingilis dilindən fərqli dillərdə olan təqdimatların mütləq ya ingilis dilində slaydlarının, ya da ingilis altyazılarının olması şərtdir.

 

Posterlər üçün qaydalar:

Biz məruzə ilə çıxış etmək istəməyən həmkarlarımızı Ağsu Qoruğunun “Instagram” hesabında yerləşdiriləcək posterlərlə qatılmağa dəvət edirik. Quruluş etibarilə fərqli olan bu posterlərin izləyicilər tərəfindən maraqla qarşılanacağına əminik. Posterlər maksimum 10 təsvirdən və 2200 işarədən (bura məqalənin adı, sizin haqqınızda məlumat, şəkillər haqqında istənilən məlumat daxildir) və Simpoziumun həştəqləri də daxil olmaqla, 30-a qədər həştəqdən ibarət olmalıdır. Posterlər konfrans zamanı bizim rəsmi “İnstagram” hesabımızda yerləşdiriləcək.

 

Məqalə və Posterləri necə təqdim edilməsi:

Zəhmət olmasa, məqalə və poster təkliflərinizi başlıq və xülasə daxil olmaqla, 150 sözə qədər həcmdə bazar ertəsi günü 05 oktyabr 2021-ci il tarixinə qədər agsuqorugu@heritage.gov.az elektron ünvanına yollayın. Məktuba həmçinin aşağıdakıları əlavə edin:

• Adınız, soyadınız

• Elmi dərəcəniz, iş yeriniz

• Tələbələr üçün təhsil mərhələsi

• “Əvvəlcədən yazılmış məruzə”, “Twitter məruzəsi”, və ya “poster”lə iştirak etmək istədiyinizi qeyd edin, 

• Tədqiqatınıza aid 3-5 açar söz əlavə edin.

 

Əgər siz başqa mövzuda sessiya təklif etmək istəyirsinizsə, zəhmət olmasa, başlığı və xülasəni, həmçinin məruzəçi siyahısını əlavə edin. Sizə məruzəni necə yazmaq və əvvəlcədən yazılmış məruzələri necə təqdim etmək barədə təlimat göndəriləcək. Bu və ya digər məsələ ilə, o cümlədən təqdimat dilləri ilə bağlı hər hansı suallarınız yaranarsa, lütfən, agsuqorugu@heritage.gov.az elektron ünvanına müraciət edin.

 

Simpoziumun yeri:

Ağsu Tədris Mərkəzi binası / Ağsu

 

Simpoziumun Fəxri Komitəsi:

Anar Kərimov 

Azərbaycan Respublikası Mədəniyyət Naziri

 

Simpoziumun Elmi Komitəsi:

Prof.Dr. Cəfər QİYASİ

Prof.Dr. Qafar CƏBİYEV

Prof.Dr. Kübra ƏLİYEVA

Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ

Prof.Dr. Şikar QASIMOV

Prof.Dr. Nərgiz ƏLİYEVA

Dr. Fariz XƏLİLLİ

Dr. Həbibə ƏLİYEVA

Dr. Elmira ABASOVA

Dr. Günel SEYİDƏHMƏDLİ

 

 

Gürcüstan

Elnur ƏLİYEV

 

Türkiyə

Prof.Dr. Recep KARADAĞ

Dr. Metin HAKVERDIOĞLU

Dr. Afina BARMANBAY

Dr. Ahmet AYTAC

 

İtaliya

Prof.Dr. Luigi SCRINZI

Dr. Andrea MACCHIA

 

Makedoniya

Prof.Dr. Rubin ZEMON

Prof.Dr. Zoran MATEVSKİ

 

Simpozium Təşkilat Komitəsi:

 

Təşkilat Komitəsinin Sədri

Azad CƏFƏRLİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

 

Təşkilat Komitəsinin Üzvləri:

Dr. Fariz XƏLİLLİ

Şəhla XƏLİLLİ

Güvənc MİRZƏXANOV

Şölə BAYRAMOVA

Vüqar QULİYEV

Gülşən HÜSEYNOVA

Məleykə HÜSEYNOVA

Orxan QƏMBƏROV

Aidə MƏLİKOVA

Gülnaz MEHDİYEVA

Ruslan ADGÖZƏLOV

Anar HƏBİBOV

Səma ALMƏMMƏDLİ

 

Əlaqə:

Dr. Fariz XƏLİLLİ: 00994508764043

Oxunub : 2487