AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın Bəyanatı
4-4-2016

Əziz dostlar!


Bu gün dünyada Azərbaycan və Ermənistan arasında yaranmış gərginlikdən bəhs edən yerli və xarici media orqanları vardır. Əvvəla, Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan ordusu tərəfindən işğal olunduğu BMT, ATƏT və çoxsaylı beynəlxalq qurumlar tərəfindən təsbit olunub. İkincisi, Azərbaycan daimi sülhə nail olmaq üçün uzun müddətdir (22 il) dözümlülük nümayiş etdirmiş, etdirməkdədir. Üçüncüsü, Ermənistan başqa xarici qüvvələrin də təsiri ilə mütəmadi olaraq Azərbaycana qarşı silahlı təxribat törədir, sülh danışıqlarına aparmalı olan atəşkəs rejimini dəfələrlə pozur, əsgərlər və yerli sakinlər həlak olur.  Dördüncüsü, aprelin 2-də baş verən hadisə belə təxribatlardan biri olub, yaşayış evləri dağılıb, yerli sakinlər öldürülüb.  Beşincisi, hər bir ölkənin suveren haqqı olan ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan ordusu nəinki bu cür təxribatların qarşısını almaq, eləcə də işğal olunmuş əraziləri geri qaytarmaq hüququnu özündə saxlayır.
Əziz dostlar, Azərbaycan heç bir ölkənin ərazisinə göz dikməyib, öz ərazilərinin də işğal olunmasına göz yummayacaq, gec-tez işğalçılardan ərazilərini təmizləyəcəkdir.
Bizi başa düşdüyünüz və haqq verdiyiniz üçün hamınıza öncədən minnətdarıq.
Qoy ədalət zəfər çalsın.

 

MİRAS İctimai Birliyinin sədri

Dr. Fariz Xəlilli
 

Oxunub : 3647